Azərbaycanın 2 sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan Nurlan Ağazadə və 125 kq-da çıxış edən Yusif Dursunov fəxri kürsüyə qalxıb.
Onlar bürünc medal uğrunda görüşlərdə, müvafiq olaraq, gürcüstanlı Qoqa Otinaşviliyə (4:0) və fransalı Levan Laqvilavaya (3:1) ilə qalib gəliblər.
Qeyd edək ki, mundiala avqustun 24-də yekun vurulacaq.