Azərbaycanın 3x3 basketbol millisinin Qadın Seriyasında Səbail mərhələsindəki rəqibləri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, avqustun 22-dən 24-dək Bakıda keçiriləcək turnirdə yığma B qrupunda Çexiya və Filippin seçmələri ilə yarışacaq.
Millinin qrupdakı ilk oyunu avqustun 23-də saat 18:30-da Çexiyaya, növbəti sınağı isə isə saat 20:10-da Filippinə qarşı olacaq.
Qeyd edək ki, qrupda ilk 2 yeri tutmuş komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaq.
Xatırladaq ki, ötən ay millimiz Sumqayıt mərhələsinin qalibi olub.
