Azərbaycanın qız basketbolçulardan ibarət U-16 millisi Türkiyədə hazırlığını davam etdirir.
Prosport.Az xəbər verir ki, yığmamız bu gün toplanış çərçivəsində "Qalatasaray"ın U-18 komandası ilə yoxlama oyunu keçirib.
Qarşılaşma millimizin 57:50 hesablı qələbəsi ilə yekunlaşıb.
