Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Bu günün medalçıları gələcəyin olimpiya çempionlarıdır" – Hacı Əliyev
    5.08.2025 22:54:07

    Azərbaycan yığması Yunanıstanın paytaxtı Afinada keçirilmiş U-17 dünya çempionatında uğurlu çıxışla yadda qalıb.

    Prosport.Az xəbər verir ki, 1 qızıl, 3 bürünc medal qazanan sərbəst güləş üzrə millimiz Vətənə qayıdıb.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib. Mərasimdən sonra komandanın böyük məşqçisi və uğur qazanmış idmançılar açıqlama veriblər

    Əsgərxan Novruzov, böyük məşqçi: “15 ildir ki, bu komandada böyük məşqçiyəm. Deyə bilərəm ki, son illərin ən rəqabətli dünya çempionatlarından biri idi. İran güləş ölkəsi sayılır. Hər zaman qızıl medalları olur. Amma bu dəfə qızıl medal qazana bilmədilər. Bizim çempionumuz oldu. Komanda hesabında III yeri tutmağa cəmi 1 xal çatmadı. Yarışa yaxşı hazırlaşmışdıq. Uşaqlar da hazır idi. Əksər çəkilərdə favorit sayılan ölkələrin idmançılarına məğlub olduq. Bəzi görüşlərdə son saniyələrdə uduzduq. Bəzən idman xoşbəxtliyi də üzümüzə gülmədi. Əks halda, daha çox medal qazana bilərdik. Amma 4 medal da böyük nəticədir. Son 3 ilin ən yaxşı nəticəsidir. Sərbəst güləş üzrə koordinator Hacı Əliyev də bizimlə yarışa səfər etdi. Dünya çempionumuz elə Hacı Əliyevin çəkisində – 65 kq-da oldu. Hacıya bütün komandanın adından təşəkkür edirəm. Bizə hərtərəfli dəstək verdi”.

    Hacı Əliyev, sərbəst güləş üzrə koordinator: “Komandamızı, medalçıların şəxsi məşqçilərini, milli komandanın məşqçilərini təbrik edirəm. Federasiyamızın gözü aydın olsun ki, yeniyetmələrimiz dünya çempionatında gözəl uğur əldə etdilər. Avropa ölkələri arasında birinci olduq. Dünya çempionatı çox çətin yarışdır. Burada medal qazanmaq asan deyil. Bu günün çempionları, medalçıları gələcəyin böyüklərdə potensial dünya, olimpiya çempionlarıdır. Əlimizdən gələni edirik ki, bu medalçıları gələcəyə doğru düzgün şəkildə aparaq, yeni-yeni dünya, olimpiya çempionları yetişdirək. Hər zaman əlimdən gələni etməyə hazıram. İnşallah, böyük uğurlara nail olacağıq”.

    Hüseyn İsmayılov, dünya çempionu: “Yarış çox yaxşı keçdi. Keçən il söz vermişdim ki, dünya çempionatında gümüşümü qızıla çevirəcəyəm. Şükür Allaha ki, elə də oldu. Əsgərxan müəllimin məşqləri, rejimi sayəsində buna nail olduq. Növbəti hədəfim gənclərdə bu uğurun davamını gətirməkdir. Üzərimdə əziyyəti olan hər kəsə öz təşəkkürümü bildirirəm. Dünya çempionatında bütün görüşlər çətin olur. Amma bütün görüşlərdə inanırdım ki, son xal prinsipiylə də olsa, qazanan mən olacağam. Şükür Allaha ki, elə də oldu”.

    Səid Paşayev, dünya üçüncüsü: “Yarışa çempion olmağa getmişdim. Müəyyən səhvlərə görə alınmadı. İnşallah, gələcəkdə səhvləri düzəldib, daha böyük uğurlar əldə edərəm. Yaxın günlərdə gələcək karyeramı sərbəst, yoxsa yunan-Roma güləşində davam etdirəcəyimə qərar verməyi düşünürəm”.

    Hakim Tağıyev, dünya üçüncüsü: “Yarış əla keçdi. Bürünc medal qazandım. Daha yüksək nəticə də ola bilərdi. İnşallah, bundan da yaxşı hazırlaşıb, gələn il qızıl medal qazanacağam. Ailəmə, şəxsi məşqçimə və yığma komandanın məşqçilərinə minnətdaram”.

    Güləş

    Güləş yığmalarımız fərqli məkanlarda hazırlıq keçir

    5.06.2026 14:13:07
    Güləş

    AGF-də idmançı zədələri və digər aktual məsələlər müzakirə olundu

    3.06.2026 17:55:45
    Güləş

    Azərbaycan Güləş Federasiyasında yeni təyinatlar

    2.06.2026 18:17:17
    Güləş

    Reytinq cədvəli: Güləşçilər ilk "3-lük"də

    1.06.2026 17:48:34
    Güləş

    Güləşçilərimiz Dünya Seriyasının II mərhələsində 2 medal qazandı

    1.06.2026 14:48:21
    Güləş

    Millimiz 4 medalla Avropa çempionu oldu - FOTOLAR

    28.05.2026 00:06:59
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan – Qazaxıstan oyununda 7 qol vuruldu

    6.06.2026 23:47:43

    Konfrans Liqası: UEFA "Turan Tovuz"u "Zirə" ilə əvəzlədi - FOTOFAKT

    6.06.2026 23:01:10

    "Bu, vaxt və zəhmət tələb edən prosesdir" - Rəşad Eyubov

    6.06.2026 22:51:24

    Basketbol yığmamız Dünya Kubokunun yarımfinalında

    6.06.2026 22:03:19

    Saşa İliç Avropanın tanınmış klubu ilə anlaşdı

    6.06.2026 21:40:15

    "Zirə" sabiq futbolçusunu qaytarmaq istəyir

    6.06.2026 21:05:24

    Cüdoçularımız Tallindəki turnirə 3 medalla start verdi

    6.06.2026 20:32:25

    Azərbaycanın U-21 yığması Bəhreynə 3 qol vurdu

    6.06.2026 20:00:58

    Kişi voleybolçularımız da Avropa Liqasına uğursuz başladı

    6.06.2026 19:42:51

    Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib

    6.06.2026 19:28:01

    Bakıda keçiriləcək dünya çempionatının təqvimi bilindi

    6.06.2026 18:15:41

    FIFA klublarımıza ödəniləcək vəsaiti artırdı

    6.06.2026 14:43:40

    "Şamaxı" daha bir futbolçu ilə vidalaşdı

    6.06.2026 14:38:33

    "Belə davam etsə, "Kayzerslautern"də qalmayacağam" - Mahir Emreli

    6.06.2026 13:40:55

    Azərbaycan millisi Bəhreynlə üz-üzə

    6.06.2026 13:19:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved