“Abşeron Lions” yeni basketbolçu transfer edib.
Prosport.Az xəbər verir ki, ABŞ-dən olan Ceyms Freyzer heyətə cəlb olunub.
Qeyd edək ki, 30 yaşlı oyunçu daha əvvəl İtaliya, Almaniya, Fransa, Çin kimi ölkələrdə çıxış edib.
O, Türkiyədə "Samsunspor", "Bornova Bələdiyyəspor" və son olaraq "Bandırma Bordo" klublarının uğurları üçün çalışıb.

