Macarıstanın Kapoşvar şəhərində keçirilən U-15 Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Prosport.Az xəbər verir ki, qitə birinciliyində 9 (3 gümüş, 6 bürünc) medal qazanan millimiz komanda hesabında yalnız Gürcüstandan (155) geri qalıb. Avropa 2-cisi olan yığmamız 145 xal toplayıb ki, bu da U-15 Avropa çempionatları tarixində sərbəst güləş millimizin yeni rekordudur.
Xatırladaq ki, məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Hüseyn İsmayılov (52 kq), İsa Yusibov (57 kq), Amin Nəsibov (85 kq) gümüş, Rəşid Nəzərov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağasızadə (52 kq), Nihad Abbasov (62 kq) və Rəşad Veysəlov (68 kq) isə bürünc medal qazanıb.
