Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    "Əminəm ki, işsiz qalmayacağam" – Hakimi boğan millimizin texniki direktoru
    30.07.2025 13:45:58

    Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən Avropa çempionatında Yusif Ağakişiyevlə serbiyalı rəqibi Viktor Maystroviç arasında final döyüşündə Şimali makedoniyalı hakim Stefan Subalevskiyə hücum çəkərək onu boğmağa çalışan Azərbaycan millisinin özbəkistanlı texniki direktoru Həmzə Əvəzov caliber.az saytının suallarını cavablandırıb.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Zəhmət olmasa deyin, niyə belə etdiniz? Sadəcə döyüşdən sonra etiraz təqdim etmək olmazdımı?
    – 1-cisi, məktəblilər arasında keçirilən Avropa çempionatı kimi yarışlarda rəsmi etiraz proseduru ümumiyyətlə tətbiq olunmur. Bu da belə hakim özbaşınalığına yol açır. Bunu ilk dəfə deyil ki, görürəm. 2-cisi, ən ağrılısı odur ki, bu cür haqsızlıqlar ən çox azərbaycanlı boksçulara qarşı edilir. Yəni, demək olar ki, hər yaş kateqoriyasında favorit olan bizim uşaqlara. Halbuki bu, yeniyetmələrin psixologiyasını məhv edir. Buna görə də özümü saxlaya bilmədim.

    – Baş verənlərə görə peşman deyilsiniz? Həmin an nə düşünürdünüz? Axı, sizə ömürlük diskvalifikasiya və ya azı bir neçə illik cəza verilə bilər...
    – Yox, həmin an ağlıma heç bir cəza gəlmirdi! Mən yalnız boksçumuzun vəziyyətini düşünürdüm. O hakim idmançının haqqını hər kəsin gözü qarşısında oğurladı, çox ağır psixoloji zərbə vurdu!

    – Lakin son 30 ildə boksçularımızdan bir çox qələbə alınsa da, heç bir məşqçi, o cümlədən legioner belə bir addım atmayıb...
    – Bilirsiniz, mən indiyə qədər nə olub-olmadığını deyə bilmərəm. Amma inanıram ki, bundan sonra nələrin baş verəcəyini hamı görəcək. Ümid edirəm ki, hakimlər artıq 100 ölçüb, 1 biçəcəklər, yəni, azərbaycanlı boksçulara qarşı belə haqsızlıqlara yol verməyəcəklər. İstərdim ki, başa düşsünlər: bizim uşaqlarla belə davranmaq olmaz! Xüsusilə də bizim boksçular çox güclüdür və istənilən səviyyəli yarışlarda qalib gəlmək potensialına malikdir. Əminəm ki, bu hadisədən sonra hakimlər Azərbaycanla hesablaşmalı olacaq!

    – Bəs, indi sizi nə gözləyir?
    – Bilmirəm. Yaşayarıq, görərik. Amma baş verənlərə görə peşman deyiləm və əminəm ki, işsiz qalmayacağam.

    Boks

    Avropa çempionatı: Daha 2 boksçumuz mərhələ adladı

    19.09.2026 10:51:27
    Döyüş növləri

    Boksçularımızdan Avropa çempionatına uğurlu start

    18.09.2026 10:23:24
    Döyüş növləri

    Avropa çempionatı: Boksçularımızın ilk rəqibləri bilindi

    16.09.2026 21:40:54
    Boks

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    14.09.2026 16:07:03
    Boks

    Azərbaycan Avropa çempionatını 2 medalla başa vurdu

    21.08.2026 20:25:57
    Boks

    Azərbaycan boksçusu dünya çempionatının finalında

    21.08.2026 13:12:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved