Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Qadın Seriyasının Sumqayıt mərhələsində 1/4 finala vəsiqə qazanıb.
Prosport.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda qrupda əvvəlcə Çexiyaya 20:12, daha sonra Slovakiyaya 21:8 hesabı ilə qalib gəlib.
Bununla da komandamız 4 xalla növbəti mərhələyə qrup lideri kimi yüksəlib. Yığmamız sabah 1/4 finalda Çin yığması ilə üz-üzə gələcək. Oyun saat 16:00-da start götürəcək.
