Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu, dünya çempionatının mükafatçısı Toğrul Əsgərovun gözlənilən təyinatı baş tutub.
Prosport.Az-ın xəbərinə görə, 30 yaşlı idmançı trikosunu çıxararaq məşqçiliyə başlayıb.
O, qadınlardan ibarət millimizə böyük məşqçi təyin olunub. Əslində demək olar ki, o çoxdan bu vəzifəni icra edirdi. Sadəcə, təyinat yenicə rəsmiləşib. Həmçinin, ona bütün qadın güləşinə nəzarət tapşırılıb.
Qeyd edək ki, Toğrul Əsgərov hazırda qadın millisi və U-17, U-20 qız milliləri ilə Göygöldə təlim-məşq toplanışında iştirak edir.
Səbuhi Musa
