Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Olimpiya mükafatçımız zədəsinə görə Macarıstandakı həlledici görüşə çıxmayıb
    20.07.2025 11:19:16

    Macarıstanın paytaxtı Budapeştdə reytinq turniri sona yaxınlaşır.

    Prosport.Az xəbər verir ki, yarışın 3-cü günündə yunan-Roma güləşi üzrə millinin 5 üzvü xalçaya çıxıb.

    72 kq

    Ruslan Nurullayev qazaxıstanlı Daniyar Kalenova 5:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Yuri Lomadzeyə müqavimət göstərə bilməyib – 0:10. Təsəlliverici görüşdə norveçli Juan Aakı (6:4) yolundan kənarlaşdıran Ruslan bürünc medal uğrunda qarşılaşmada gürcüstanlı Giorgi Çxikvadzeyə heç bir şans tanımayıb – 9:0.

    Gücünü yuxarı çəkidə sınayan olimpiya və dünya mükafatçısı, üçqat Avropa çempionumuz Həsrət Cəfərov yarımfinaladək Serbiyanı təmsil edən dünya çempionu Ali Arsalanla (2:1) qazaxıstanlı Merey Maulitkanova (5:3) qalib gəlib. Özbəkistanlı Abdulla Aliyevə 3:5 hesabıyla məğlub olan Həsrət biləyindəki zədəyə görə 3-cü yer uğrunda görüşə çıxmayıb.

    87 kq

    İslam Abbasov ilk mərhələdə macarıstanlı İştvan Takaçı 3:1 hesabıyla üstələyib. 1/8 final görüşü erkən başa çatıb. Niderlandlı Marsel Sterkenburq zədələndiyi üçün İslam növbəti mərhələyə adlayıb. Norveçli Eksos Mukubunu ilk xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdıran Abbasov yarımfinalda macarıstanlı David Loşonçiyə uduzub – 0:4. İslam bürünc medal uğrunda görüşdə serbiyalı Avropa çempionu Aleksandr Komarovdan güclü olub – 5:2.

    130 kq

    Beka Kandelaki koreyalı Seunq-çan Liyə tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/4 finalda macarıstanlı Dariuş Vittekə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olubsa, zədələndiyi üçün macarıstanlı Koppani Laslöylə təsəlliverici görüşə çıxmayıb.

    Onunla eyni çəkidə yer alan Sərxan Məmmədov ABŞ güləşçilərini – Aden Attao (9:0) və Körtni Frimanı (4:3) mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Finalın bir addımlığında macarıstanlı Dariuş Vittekə “tuş”la məğlub olan Sərxan bürünc medal uğrunda görüşdə macarıstanlı Koppani Laslöyə minimal fərqlə (1:2) uduzub.

    Beləliklə, yunan-Roma güləşçilərimiz reytinq turnirinə 2 bürünc medalla start verib.

    Xatırladaq ki, sərbəst güləş millimiz turniri 5 medalla tamamlayıb. Arseni Cioyev (86 kq) qızıl, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Məhəmməd-Bəşir Xaniyev (74 kq) gümüş və Əbubəkr Abakarov (92 kq) bürünc medal qazanıb. Yığmamız 100 xalla komanda hesabında 3-cü yeri tutub. Millimiz Gürcüstandan cəmi 5, ABŞ-dan isə 2 xal geri qalıb.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved