"Qarabağ"ın 17 yaşadək komandasının (U-17) İsveçin Yötebori (Göteborg) şəhərində keçirilən "Gothia Puma Trophy" turnirindəki növbəti rəqibi bilinib.
Prosport.Az-ın xəbərinə görə, bu, İsveçin "Bromapoykarna" klubu olacaq.
Bu komanda bu gün Norveç "Norhordlan"ını 4:0 hesabı ilə darmadağın edərək "Qarabağ"a rəqib olub.
"Qarabağ"la "Bromapoykarna" oyunu Bakı vaxtı ilə saat 20:40-da başlayacaq. Uduzan komanda üçün turnir erkən başa çatacaq.
