Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    "Qarabağ"ın iştirak etdiyi 50 illik ənənəsi olan turnir: Milli geyimlərlə edilən açılış – YAZI
    15.07.2025 14:11:18

    Bu günlərdə İsveçin Yötebori şəhəri (əslində bu şəhəri indiyədək yanlış olaraq Göteborq, Qöteborq və ya Höteborq kimi tanımışıq) beynəlxalq futbol turnirinin mərkəzinə çevrilib. Hazırda dünyanın bütün yerindən burda əcnəbilərə rast gəlmək olar. Hamını bura toplayan isə 1975-ci ildən keçirilən "Gothia Cup" turniridir. Şəhərin mərkəzində bu turnirin bayraqlarına rast gəlmək mümkündür.

    "Qarabağ" FK Akademiyası da müntəzəm olaraq beynəlxalq turnirlərdə çıxış edir. Klub rəhbərliyi belə əzəmətli tarixi olan turnirə komanda göndərməyi üstün tutub. Bu bəxt "Qarabağ"ın 17 yaşadək komandasının (U-17) üzünə gülüb. Komanda son turadək Azərbaycan çempionluğu üçün mübarizə aparsa da, gümüş medallarla kifayətlənib. Buna baxmayaraq, klub və akademiya rəhbərliyi onların çıxışını məqbul sayıb və nəticədə Rəşad Sadiqovun baş məşqçisi olduğu komandanı belə bir turnirlə mükafatlandırıb. Ötən il Estoniyanın paytaxtı Tallindəki turnirdə də olmuş "Qarabağ"ın bu komandası iyulun 13-dən bu şəhərdədir. Bəndəniz isə dünən bu şəhərə addımlarını məhz bu turniri işıqlandırmaq üçün atıb...

    "Gothia Cup" turniri indiyədək "Qarabağ" Akademiyasının iştirak etdiyi ən möhtəşəm turnirdir. Bunu əminliklə söyləmək olar. Akademiya meneceri Nail Kərimovun sözlərindən, turnirin açılış mərasimindən də bunu anlamaq mümkündür. 

    Təşkilatçılar dünən açılış mərasimi təşkil etmişdi. Komandalardan xahiş olunmuşdu ki, açılışa mümkün qədər milli geyimlərdə qatılsınlar. "Qarabağ" bu xahişə əməl edənlərdən idi. Bakı Xoreoqrafiya Akademiyası milli geyimlərin təşkilində Akademiyaya yardım əlini uzatmışdı.

    Bu addım isə çoxlarının diqqətini komandanın üzərinə cəlb etmişdi. İstər iştirakçı komandaların üzvləri, istərsə də açılış mərasimindən sonra yerli sakinlər yaxınlaşıb hansı ölkəni təmsil etdikləri ilə maraqlanır, onlarla şəkil çəkdirirdi.

    Turnirin açılış mərasimi 1958-ci ildə dünya çempionatı üçün tikilmiş "Ullevi" stadionunda keçirildi. 2023-cü ildə "Qarabağ"ın əsas komandasının "Hekken"ə qarşı matçında da burada olarkən 43 minlik stadionun əzəməti hiss olunurdu. Təşkilatçılar iştirakçı ölkələrin futbolçu və məşqçi heyətini xüsusi akkreditasiya vəsiqələri (bunlar həm də ictimai nəqliyyat üçün keçərlidir) və biletlərlə təmin etmişdi.

    Açılış mərasimi Olimpiada paradına bənzər təşkil olunmuşdu. Komandalar öz bayraqdarlarının arxasında qaçış zolağından keçirdi. "Qarabağ"ın arxasınca gələn Zambiyanın U-16 qız komandası olan "Bauleni Yunayted"in Afrika rəqsi isə bizim milli geyimlər kimi az diqqəti cəlb etmirdi. Qeyd etdiyim kimi, turnirin belə mötəbər açılışı 50 illik yubileyi ilə bağlı idi. 1975-ci ildən bu turnirdə çıxış etmiş veteranların səhnəyə dəvət olunması da bir ayrı nostaljik idi. Yaxınlarda faciəvi şəkildə dünyasını dəyişmiş Dioqu Jotanın yad edilməsi isə təsiredici məqam idi.

    Təşkilatçılıq barədə onu deyə bilərəm ki, bütün komandalar yerbəyer edilib. Məsələn, "Qarabağ" və rəqibləri Yöteborinin məktəblərindən birində məskunlaşıb. Komandanın qalması və yemək məsələləri bu məktəbin binasında təşkilatçıların hesabına baş tutur. Onu da bildirim ki, təşkilatçılar YouTube üzərindən də pul qazanmağı bacarır. 60-dan çox meydançada keçirilən turnir boyunca oyunlara baxmaq üçün 35 avro ödənilməlidir. Əgər ayrıca 1 oyuna baxmaq istəyirsənsə, yalnız 9 avro ödəyə bilərsən.

    Turnir müxtəlif kateqoriyalar üzrə keçirilir. Qız və oğlanlarda U-11-dən U-18-dək komandalar yarışır. U-11-lərin oyunları yoldaşlıq görüşləri kimi keçirilir. U-14-lərin turniri 2 kateqoriyaya – əsas və B turnirlərinə ayrılıb. Ən çox komandanın yarışdığı kateqoriya U-15-lərdədir. Oğlanların yarışında 250 komanda mübarizə aparır.

    Bundan başqa, turnirin daxilində 4 xüsusi yarış keçirilir. Bunlar "SEF Trophy", U-17 oğlan və qızlar arasında "Gothia Puma Trophy" və "Gothia Special Olympics Trophy"dir. "Qarabağ" "Gothia Puma Trophy"də yarışır. 

    Burada 74 ölkənin komandası yarışır. Kayman Adalarından belə bura 3 komanda gəlib. İştirakçı ölkələrin adlarına baxaq: Argentina, Avstraliya, Avstriya, Azərbaycan, Belçika, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Kayman Adaları, Çili, Xorvatiya, Çexiya, Danimarka, Dominikan Respublikası, Misir, İngiltərə, Estoniya, Efiopiya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Qana, Yunanıstan, Qvatemala, Honkonq (Çin), İslandiya, Hindistan, İndoneziya, İtaliya, Fil Dişi Sahili, Yaponiya, İordaniya, Keniya, Küveyt, Latviya, Livan, Litva, Lüksemburq, Madaqaskar, Malayziya, Meksika, Monqolustan, Mərakeş, Namibiya, Nigeriya, Norveç, Fələstin, Paraqvay, Peru, Filippin, Polşa, Portuqaliya, İrlandiya, Rumıniya, Şotlandiya, Sinqapur, Sloveniya, CAR, İspaniya, İsveç, İsveçrə, Tanzaniya, Tailand, Tunis, Türkmənistan, Türkiyə, Ukrayna, BƏƏ, ABŞ, Özbəkistan, Uels, Zambiya. Meydan sahibi İsveç müxtəlif kateqoriyalar üzrə 970 komanda ilə təmsil olunur. İngiltərədə bu rəqəm 155, Norveçdə isə 138-dir.

    "Qarabağ" U-17-nin yarışdığı turnirdə 28 komanda mübarizə aparır. Yarış 7 qrup üzrə keçirilir. İsveçin tanınmış klublarından başqa, Buxarest "Dinamo"su (Rumıniya), "Rusenborq" (Norveç) kimi komandalar burada yarışır. "Qarabağ" 4-cü qrupda çıxış edir. Dünən İsveçin "Myelbi" komandasını 2:1 məğlub edən "Qarabağ" bu gün Bakı vaxtı ilə saat 17:40-da Nigeriyanın "Sportinq" komandası ilə qrup liderlyi üçün mübarizə aparacaq. Çünki afrikalılar da dünən meydan sahibi "Yötebori"ni 2:1 yenib. "Qarabağ" sabah Bakı vaxtı ilə saat 12:00-da isə qrupda son matçını "Yötebori"yə qarşı keçirəcək. Bu yaş kateqoriyasında oyunlar 60 dəqiqə keçirilir.

    Komandamız turnirə 18 futbolçu ilə qayıdıb. "Qarabağ"ın əsas komandası ilə Avstriya təlim-məşq toplanışında iştirak edən, hətta "Tvente" ilə 2-ci matçda da oynayan müdafiəçi Amin Rzayev də düşərgəyə qoşulub.

    Ötən il bu komanda Estoniyadakı turnirdən kubokla qayıtmışdı. "Qarabağ"ın əsas komandası üçün də düşərli olmuşdu bu şəhər. İndi yenə burada uğurlu tarix yazmaq niyə mümkün olmasın ki?!

    Səbuhi Musa
    Yötebori, İsveç
     

    Futbol

    "Qarabağ"ın U-19 komandasının oyunu macarlara tapşırıldı

    8.12.2025 13:15:45
    Futbol

    "Qarabağ" Astanadakı turnirə qələbə ilə başladı - VİDEO

    6.12.2025 12:54:25
    Akademiya

    "Qarabağ"a Qazaxıstana bu heyətlə yollandı – ADLAR

    5.12.2025 10:00:52
    Akademiya

    "Qarabağ" yenidən Belarusa gedəcək – 2 turnirdə iştirak edəcək

    4.12.2025 19:36:00
    Futbol

    "Neftçi"dən 8 qol, "Qarabağ" xal itirdi

    1.12.2025 15:50:30
    Futbol

    UEFA "Qarabağ"ı azarkeşlərinə görə cərimələdi

    27.11.2025 21:33:05
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" - "Neftçi": HEYƏTLƏR

    8.12.2025 18:51:53

    "Qəbələ" - "Turan Tovuz" oyunu təxirə salındı - YENİLƏNİB

    8.12.2025 18:06:18

    Yuri Vernidubun "Neftçi"dəki maaşı açıqlandı

    8.12.2025 17:52:45

    "Qarabağ"dan azarkeşlərə çağırış

    8.12.2025 16:50:06

    "Qəbələ" - "Turan Tovuz": HEYƏTLƏR

    8.12.2025 16:18:47

    Niderland nəhəngi Bakıda məşq üçün bu arenanı seçdi

    8.12.2025 16:12:09

    "Qarabağ" - "Ayaks" oyununa neçə bilet satılıb?

    8.12.2025 15:40:21

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcək - ADLAR

    8.12.2025 15:09:26

    Azərbaycan çempionatında IX turun proqramı açıqlandı

    8.12.2025 14:51:20

    "Həmişə özümə deyirdim ki, bir gün Çempionlar Liqasında oynayacağam" - Abdullah Zubir

    8.12.2025 14:12:42

    FIFA referimiz "Çelsi"nin oyununa təyinat aldı

    8.12.2025 13:45:26

    "Qarabağ"ın U-19 komandasının oyunu macarlara tapşırıldı

    8.12.2025 13:15:45

    "Neftçi" təşkilatla əməkdaşlığa başladı - FOTOLAR

    8.12.2025 12:51:36

    "Qarabağ" - "Ayaks" matçının hakimləri bilindi

    8.12.2025 12:41:12

    Juninyo "Qarabağ"a yox, bu kluba keçir - Razılıq verdi

    8.12.2025 12:15:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved