Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Bu yolda dayanmaq yoxdur" – Toğrul Əsgərovdan iddialı açıqlama
    6.07.2025 18:13:08

    İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında 2 qızıl medal qazanan qız güləşi üzrə millimiz vətənə qayıdıb.

    Prosport.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi və brifinq təşkil edilib.

    Toğrul Əsgərov (baş məşqçi əvəzi): “Öncə bizə belə qələbə sevinci yaşatdıqları üçün idmançılarımızı təbrik edirəm. Əllərindən gələni etdilər. Buna hamı şahid oldu. Federasiyaya da dərin təşəkkürümü bildirirəm. İdmançılarımız üçün nə lazımdırsa, artıqlaması ilə edirlər. Yolumuz Olimpiada yoludur. Bu yolda dayanmaq yoxdur. Bundan qabaqkı müsahibələrimizdə də bildirmişdik ki, komandamız gəncdir, yolumuz uzundur, açıqdır və parlaqdır. Qarşıda bizi U-20 və böyüklərin dünya çempionatları gözləyir. Vaxtımız çox azdır. Əlimizdən nə gəlirsə, onu artıqlaması ilə etməyə çalışacağıq”.

    Rövşən Umudov (böyük məşqçi): “Qadın güləşi inkişafdadır. Federasiyanın rəhbərliyinin bu gün qadın güləşinə göstərdiyi qayğı nəticəsində bu inkişaf gələcək yarışlarda daha da özünü göstərəcək. Yeniyetmə qızlar yetişir. Mənə elə gəlir ki, az bir zamanda tam heyətlə yarışlara qatıla biləcəyik. Qadın güləşi öz sözünü deyəcək. Necə ki, sərbəst və yunan-Roma güləşində komanda hesabında Avropa çempionatında ön sıralarda yer alırıq, qadın güləşi üzrə komandamız da 1-2 ilə U-17 və U-20 yaş qrupunda öz sözünü deyəcək”.

    Günay Qurbanova (Avropa çempionu): “Yarış çox yaxşı keçdi. Şükür Allaha, bu il 2-ci dəfə Avropa çempionu ola bildim. Çox xoşbəxtəm. Bütün məşqçilər korpusuna, federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Növbəti hədəfim U-20 dünya çempionatında uğurlu çıxış etməkdir. Bu yarışa hazırlaşacağıq. İnşallah, yaxşı olacaq”.

    Ruzanna Məmmədova (Avropa çempionu): “Yarış olduqca çətin keçdi. Çox güclü rəqiblərlə qarşılaşdıq. Amma şükür Allaha ki, nəticə istədiyimiz kimi oldu. Zədəyə görə son təlim-məşq toplantısında iştirak edə bilmədim. İştirak etsəydim, yarış daha asan keçə bilərdi. Yenə də qalib gəldim. Buna görə də çox sevinirəm. Növbəti hədəfim ilk öncə qarşıdan gələn gənclər arasında dünya çempionatı, sonra U-23 dünya çempionatıdır. Amma əsas hədəf Olimpiadaya lisenziya qazanıb, ölkəmizi layiqincə təmsil etməkdir”.

    Qeyd edək ki, qız millimiz Avropa çempionatını 56 xalla 6-cı sırada bitirib.

    Güləş

    Güləş yığmamız Gürcüstanda çempion oldu

    20.11.2026 14:15:26
    Güləş

    Hacı Əliyev uşaqlara bələdçilik etdi - FOTOLAR

    19.11.2026 14:17:56
    Güləş

    Azərbaycan güləşçiləri Ermənistana gedəcək – EKSKLÜZİV

    18.11.2026 09:02:08
    Güləş

    Bakıdakı dünya çempionatının proqramı açıqlandı

    17.11.2026 19:22:55
    Güləş

    Baş katib ABŞ-yə niyə getmişdi? – FOTOLAR

    16.11.2026 16:47:23
    Güləş

    Azərbaycan Güləş Federasiyasında növbəti iclas

    16.11.2026 16:16:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved