Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq" - Böyük məşqçi
    4.07.2025 17:14:26

    İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatında 6 medal qazanan yunan-Roma güləşçilərimiz vətənə qayıdıb.

    Prosport.Az xəbər verir ki, 1 qızıl, 3 gümüş və 2 bürünc medalla komanda hesabında 2-ci yeri tutan millimiz üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi və brifinq təşkil edilib.

    Nurəddin Rəcəbov (Böyük məşqçi): “Yarışda Avropanın ən güclü güləşçiləri iştirak edirdi. Gürcüstan komandasından cüzi xalla geri qaldıq. Ölkə daxili və xarici təlim-məşq toplanışlarımızı təşkil edən federasiyamıza təşəkkür edirəm. Qazandığımız medallar da bunun nəticəsidir. Bu uğurlarda payı olan hər kəsə minnətdaram. Güləşçilərimizin 30 faizi zədəli idi. Düzdür, daha çox qızıl medal qazana bilərdik. Buna da şükür. Düşünürəm ki, yüksək nəticə göstərdik. Əsas məqsədimiz böyüklər üçün güləşçiləri düzgün formada hazırlamaqdır. İnanıram ki, bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”.

    Ayxan Cavadov (Avropa çempionu): “Allaha şükürlər olsun ki, U20 Avropa çempionatında ilk çıxışımda çempion oldum. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Qələbəmi ailəmə həsr edirəm. Yarış çox ağır keçdi. Xüsusən yarımfinalda Gürcüstan güləşçisi ilə görüşü qeyd edə bilərəm. Ona 4:1 hesabıyla qalib gəldim. Finalda ötən il Avropa çempionu olmuş İsveç güləşçisiylə qarşılaşdım. Ona da qalib gəlib çempion oldum. İnşallah, qarşıdan gələn dünya çempionatında da eyni nəticəni təkrarlayacağam”.

    Turan Daşdəmirov (Avropa ikincisi): “Yarış yaxşı keçdi. Allaha həmd olsun, gümüş medal qazandım. Bu, qızıl da ola bilərdi. Finalda iki parter şansını əldən verdim. İnşallah, səhvlərimi aradan qaldırıb, dünya çempionu olaram. Valideynlərimə, şəxsi məşqçim Akif Əliyevə və millinin məşqçilərinə təşəkkürümü bildirirəm. İnşallah, bundan sonra daha yaxşı olar”.

    Tural Əhmədov (Avropa ikincisi): “Yarış çox yüksək səviyyədə keçdi. Finala qədər tam istədiyim kimi güləşdim. Finalda bir qədər səhvlərə yol verdim. İnşallah, həmin səhvlərin üzərində işləyib, dünya çempionu olmağa çalışacağam. Milli komandanın məşqçilərinə və şəxsi məşqçimə təşəkkür edirəm”.

    Davud Məmmədov (Avropa ikincisi): “Ən çətin rəqibim yarımfinalda idi. Erməni rəqibimə qalib gəldim. Finalda görüşün əvvəlində buraxdığım səhv həlledici oldu. Bir çox göstəricilərə görə rəqibdən üstün idim. Sadəcə, taktiki cəhətdən səhvə yol verdim. Dünya çempionatına qədər bu səhvi aradan qaldırmağa çalışacağam”.

    Fəraim Mustafayev (Avropa üçüncüsü): “Yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Yaxşı formada idim. Yarımfinalda öndə olduğum görüşü uduzdum. Hesabda 5:0 öndə olarkən sinə üzərindən atma fəndini etmək istədim. Bu zaman səhvə yol verdim və yerə yıxıldım. Fərq minimuma enəndən sonra rusiyalı güləşçidə özünəinam yarandı. Mən isə ardıcıl səhvlərə yol verdim deyə məğlub oldum. Bu səhvlərin üzərində işləyib, dünya çempionatına daha yaxşı hazırlaşmaq lazımdır. İnşallah, həmin yarışda çempion olmaq üçün əlimdən gələni edəcəyəm”.

    Elmin Əliyev (Avropa üçüncüsü): “Yarışa çempion olmağa getmişdim. Şükürlər olsun ki, medalsız qalmadım. Üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Şəxsi məşqçi Alı Ağayevə, böyük məşqçi Nurəddin Rəcəbova və digər məşqçilərimizə minnətdaram. Bu il növbəti hədəflərim U-20 və U-23 dünya çempionatlarının qalibi olmaqdır”.

    Güləş

    Namiq Əliyev UWW prezidenti olmaq istəyir – Laloviçi məhkəməyə verdi

    17.10.2026 00:38:49
    Güləş

    Dünya çempionatında 2-ci gümüş medal

    16.10.2026 09:00:51
    Güləş

    AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir - FOTO

    15.10.2026 19:22:49
    Güləş

    Günay Qurbanova finalda, Ruslan Nurullayev dünya 3-cüsü oldu

    15.10.2026 10:00:35
    Güləş

    Yunan-Roma güləşçilərimiz dünya çempionatına hazırlaşır

    14.10.2026 20:20:53
    Güləş

    Güləşçimiz ABŞ-də dünya 2-cisi oldu

    14.10.2026 10:22:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" Qəbələ səfərində, "Qarabağ" "Neftçi"yə qarşı

    17.10.2026 10:00:07

    Namiq Əliyev UWW prezidenti olmaq istəyir – Laloviçi məhkəməyə verdi

    17.10.2026 00:38:49

    Avropa çempionatı: Daha bir ağırlıqqaldıranımız üç medal qazandı

    16.10.2026 23:40:32

    İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi - 30 illiyi münasibətilə

    16.10.2026 23:23:47

    Dünya çempionatı: İki boksçumuz qələbə ilə başladı

    16.10.2026 22:45:48

    "Qələbəyə layiq idik" - Filipe Kandido

    16.10.2026 22:17:27

    "Bu cür qollar buraxmaq olmaz" - Yuri Maksimov

    16.10.2026 21:39:36

    UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?

    16.10.2026 21:28:41

    “Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub etdi

    16.10.2026 20:55:39

    Azərbaycan U-15 Avropa çempionatına 21 boksçu ilə yollanır

    16.10.2026 20:16:59

    Minifutbol millimiz üçüncü yer uğrunda oyunda da uduzdu - YENİLƏNİB

    16.10.2026 19:35:13

    AMADA rəhbəri süni intellektin antidopinqdə tətbiqindən danışıb - Yunanıstanda

    16.10.2026 19:18:10

    Elvin Cəfərquliyev məşqləri bərpa etdi

    16.10.2026 18:48:12

    "Sumqayıt" - "Araz-Naxçıvan" :HEYƏTLƏR

    16.10.2026 18:12:32

    "Allah çəkdiyimiz əziyyətin bəhrəsini verəcək" - Azər Bağırov

    16.10.2026 17:47:30
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved