Azərbaycanın yunan-Roma güləşçiləri İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatına 3 gümüş medalla start verib.
Prosport.Az xəbər verir ki, 2-ci yarış günündə 5 çəkidə qaliblər müəyyənləşib.
Turan Daşdəmirov finalda rusiyalı İvan Solominə ilk xal prinsipinə əsasən (1:1), Tural Əhmədov (63 kq) rusiyalı İqor Punçenkoya 1:9, Davud Məmmədov (77 kq) isə gürcüstanlı Anri Putkaradzeyə 1:3 hesabıyla məğlub olub.

