Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Erməni rəqibimi bu il 2-ci dəfə məğlub etdim" – Avropa çempionu olan güləş millimizin üzvü
    29.06.2025 12:43:30

    İtaliyanın Kaorle şəhərində keçirilən 15 yaşadək (U-15) Avropa çempionatının qalibi olan sərbəst güləş üzrə millimiz vətənə qayıdıb.

    Prosport.Az xəbər verir ki, 2 qızıl, 4 gümüş və 1 bürünc medalla komanda hesabında çempion olan yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.

    Namiq Quliyev (böyük məşqçi): "İtaliyada bu günə qədər olan ən böyük nəticəni əldə etdik. 6 finalçımız oldu, 4 idmançımız bürünc medal üçün güləşdi. Komandanın çıxışından razıyam. Orda yaranan problemləri də federasiyamız dərhal aradan götürdü. Heç bir çətinlik çəkmədik və bunun da nəticəsi olaraq, belə qələbə qazandıq. Qələbənin əsas səbəbi federasiyanın diqqət və qayğısının yüksək səviyyədə olmasıdır. Xaçmazda və Mərdəkanda keçirilən təlim-məşq toplantıları yarışda uğur qazanmağımıza böyük təkan verdi. Bu yolda məşqçilərimiz – Elşad Allaverdiyev, Xəqan Süleymanov və Emin Əzizov çox böyük fədakarlıq etdi. Bu qələbəmizi Silahlı Qüvvələrimizə həsr edirik".

    Hüseyn Rzazadə (Avropa çempionu): "Bu yarışa çox güclü hazırlaşmışdım. Yüksək səviyyədə keçirilən təlim-məşq toplantılarında iştirak etdik. İnşallah, Azərbaycana qızıl medallar gətirməyə davam edəcəyəm".

    Elgün Kərimli (Avropa çempionu): "Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı. Bu uğurumu müəllimimə borcluyam. Bu, başlanğıcdır. Gələcəkdə daha yaxşı nəticələrlə qarşınızda olmağa çalışacağam. Qələbəmi şəhidlərimizə həsr edirəm. Finala böyük məşqçimiz Namiq Quliyevlə yaxşı hazırlaşmışdım. Rəqibimin güclü olmasına baxmayaraq, müəllim məni həvəsləndirdi. Dedi ki, sən qalib gələcəksən. Şükürlər olsun ki, elə də oldu. Başlanğıcda səhvlər olmasına baxmayaraq, özümü itirmədim. Motivasiyamı yüksək tutdum. Çalışdım və 2-ci hissədə qalib gəldim".

    Cavanşir Süleymanov (Avropa 2-cisi): "Bu medal qızıl da ola bilərdi. Amma bir az yaş və təcrübə azlığı sözünü dedi. İnşallah, gələn il qızıl medalla qayıdacağıma söz verirəm. Həm şəxsi məşqçim, həm də atam olan Xəqan Süleymanova, millinin bütün məşqçilərinə və Güləş Federasiyasına təşəkkürümü bildirirəm".

    İbrahim Həsənov (Avropa 2-cisi): "Ötən il çempion olmuşdum. Bu dəfə 2-ci yeri tutdum. Buna da şükür, medalsız qalmadım. Bəzi səhvlərə görə, tələsməyimə görə finalda məğlub oldum. İnşallah, söz verirəm ki, gələn il çempion olacağam. Ailəmə və şəxsi məşqçim Rauf Xəlilova təşəkkürümü bildirirəm".

    Əkbər Əsgərov (Avropa 2-cisi): "Bu yarış mənim üçün çox önəmli idi. Çempion ola bilərdim. Müəyyən səhvlərə görə qızıl medalı əldə verdim. Gələcək yarışlara köklənəcəyik. Gələn il Bakıda U-17 dünya çempionatı keçirilə bilər. İnşallah, Azərbaycan bayrağını vətənimizdə qaldırarıq. Şəxsi məşqçim Pərviz İbrahimova, yığmanın məşqçilərinə və ailəmə təşəkkür edirəm".

    Məhəmməd Həsənli (Avropa 2-cisi): "Gümüşü qızılla əvəz edə bilərdim. Amma müəyyən texniki səhvlərə görə məğlub oldum. İnşallah, gələn il vətənə qızıl medalla qayıdacağam".

    Xəyal Şükürlü (Avropa 3-cüsü): "Şükürlər olsun ki, Avropa 3-cüsü oldum. Gələn il Avropa çempionu olmaq üçün daha çox çalışacağam. 3-cü yer uğrunda görüşdə erməni rəqibimə qalib gəldim. İlk hissədə 0:4 geriyə düşsəm də, 2-ci hissədə məşqçilərimizin verdiyi motivasiya sayəsində 7:4 hesabıyla qalib gəldim. Bu rəqibimi bu il 2-ci dəfə məğlub etdim".

    Güləş

    "Bu, mənim üçün ağır imtahandır, amma qorxmuram"  - Hacı Əliyev

    22.07.2026 17:10:58
    Güləş

    AGF dünya çempionatı üçün əsas hədəfi müəyyənləşdirdi

    22.07.2026 13:26:11
    Güləş

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    22.07.2026 12:36:12
    Güləş

    "Bakıdakı dünya çempionatı güləşçilərimiz üçün bir şansdır" - Namiq Abdullayev

    22.07.2026 12:09:18
    Güləş

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08
    Güləş

    Hacı Əliyev dünya çempionatı ilə bağlı proqnozunu açıqladı

    20.07.2026 13:44:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bu, hər futbolçunun başına gələ bilər" – Qurban Qurbanov

    22.07.2026 18:17:41

    "Şəfa"da qvineyalı vinger - FOTOLAR

    22.07.2026 17:40:02

    "Bu, mənim üçün ağır imtahandır, amma qorxmuram"  - Hacı Əliyev

    22.07.2026 17:10:58

    Varqas istirahətdən "Neftçi"yə belə qayıtdı - FOTOLAR+VİDEO

    22.07.2026 16:39:48

    "Neftçi" və "Qarabağ"a görə dəyişiklik

    22.07.2026 16:14:19

    "Sabah" sabiq futbolçusunu CAS-a şikayət etdi

    22.07.2026 15:12:42

    Çempionlar Liqası: "Neftçi" penaltilərlə finala adladı

    22.07.2026 14:52:29

    Avrokuboklarda yeni rekord - 7 oyun, 7 qələbə

    22.07.2026 14:13:10

    "Klubun adını çəkən kimi dedi, "get" - Leandro Andrade

    22.07.2026 13:48:46

    AGF dünya çempionatı üçün əsas hədəfi müəyyənləşdirdi

    22.07.2026 13:26:11

    "Neftçi"nin istəmədiyi futbolçu Serbiya klubunda

    22.07.2026 12:57:52

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    22.07.2026 12:36:12

    "Bakıdakı dünya çempionatı güləşçilərimiz üçün bir şansdır" - Namiq Abdullayev

    22.07.2026 12:09:18

    Mahir Emreli UEFA heyətinə daxil edilməyib

    22.07.2026 11:44:13

    Millimizin Avropa çempionatındakı oyun təqvimi açıqlandı

    22.07.2026 11:13:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved