Azərbaycanın qız güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, 5-ci yarış günündə Nəzrin Əhmədli (46 kq) təsəlliverici görüşdə yerli güləşçi Spasila Vasilevanı “tuş”la məğlub edib.
Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramovayla üz-üzə gəlib. 8:1 hesablı qələbə qazanan Nəzrin növbəti dəfə Avropa 3-cüsü olub.
Qeyd edək ki, bununla da Avropa çempionatında qız güləşçilərin mübarizəsinə yekun vurulub.