Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "İnşallah, bu səhvləri dünya çempionatında təkrarlamaram" - Avropa ikincisi
    13.06.2025 18:40:34

    U-17 Avropa çempionatında 5 medal qazanan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

    Prosport.Az xəbər verir ki, komanda hesabında Avropa üçüncüsü olan yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.

    Yığmanın böyük məşqçisi Taleh İsrafilov yarışın çox yaxşı keçdiyini bildirib: "Müəyyən çətinliklər var idi. Şükür Allaha, öhdəsindən gəldik. Medalların əyarına görə, ən yaxşı nəticə göstərən ölkələr sırasında yer aldıq. Komandanın yarısı medal qazandı. Federasiya rəhbərliyilə məsləhətləşdikdən sonra dünya çempionatının hazırlıq planını quracağıq”.

    Avropa çempionu Rihad İbrahimli də təəssüratlarını bölüşüb: “Şükür Allaha, çempion oldum. Belarus və Polşa güləşçilərinə qalib gələrək yarımfinala yüksəldim. Ən çətin görüşüm yarımfinalda oldu. Ukraynalı rəqibimi 4:1 hesabıyla üstələdim. Finalda isə bolqarıstanlı güləşçini “tuş”la məğlub etdim. Dünya çempionatında da qızıl medal qazanmağı hədəfləmişəm. İnşallah, yaxşı məşq edib, buna nail olacağıq”. 

    Digər qızıl medalçı Abdurrahman Hüseynli isə bunları deyib: “Çox güclü yarış idi. Bütün rəqiblərim üzərində böyükhesablı qələbə qazandım və bayrağımızı dalğalandırdım. Rəqiblərimdən yaşca kiçik olsam da, çempion olacağıma inanırdım. Çünki çox yüksək səviyyədə hazırlıq keçmişdik. Bundan sonraki hədəflərim qarşıdan gələn U15 Avropa və U17 dünya çempionatlarında da yüksək nəticə göstərməkdir”.

    Avropa ikincisi olan Əli Nəzərovun sözlərinə görə, finala kimi hər şey yaxşı getdi: "Əslində finalda da qalib gələ bilərdim. Öz səhvlərimdən qələbəni əldən verdim. İnşallah, bu səhvləri dünya çempionatında təkrarlamaram”.

    Qitə çempionatının bürünc medalçısı Qurban Məcnunov güclü rəqiblərlə qarşılaşdığını etiraf edib: "Görüşlər xala-xal prinsipiylə keçdi. Yaxşı mübarizə apardım. Ancaq yarımfinalda istənilən səviyyədə güləşmədim. İnşallah, dünya çempionatında daha yüksək nəticə göstərərəm. Ona qədər isə U15 Avropa çempionatında 52 kq-da güləşməyi planlaşdırıram”.  

    Digər Avropa üçüncüsü Nicat Yeylaqaliyev isə çıxışının yaxşı alındığını vurğulayıb: “Yaxşı yarış keçdi. Əslində finala çıxa, hətta çempion da ola bilərdim. İnşallah, bu arzumu dünya çempionatında reallaşdıraram”.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Döyüş növləri

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved