Azərbaycanın oğlan basketbolçulardan ibarət 18 yaşadək millisi (U-18) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən təlim-məşq toplanışının ilk mərhələsini yekunlaşdırıb.
Prosport.Az xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi yığmamız təlim-məşq toplanışında yerli komandalarla bir neçə yoxlama oyununda qüvvəsini sınayıb.
Son olaraq Gürcüstanın U-20 millisi ilə qarşılaşan komandamız 57:89 hesabı ilə uduzub.
Qeyd edək ki, U-18 millimiz iyulun 25-dən avqustun 3-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunda iştirak edəcək.


