Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu və I Avropa Oyunlarının qalibi Rasul Çunayev 3-cü dəfə ali təhsil ocağını uğurla başa vurub.
Prosport.Az-ın xəbərinə görə, 34 yaşlı R.Çunayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
O, "Bələdiyyə idarəetməsi" ixtisası üzrə təhsil alıb.
Qeyd edək ki, Rasul Çunayev daha əvvəl Azərbaycan İdman Akademiyasını (keçmiş Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyası) bitirib. O daha sonra Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsinin məzunu olmuşdu.






.jpeg)