Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"ın futbolçusu ən yaxşı seçildi – FOTOLAR + VİDEO
    3.06.2025 18:14:29

    AFFA Gənclər Liqasında 2024/2025-ci illər mövsümünün qalibləri mükafatlandırılıb.

    Prosport.Az xəbər verir ki, “ASK Arena”da təşkil edilən tədbirdən əvvəl keçirilən son turun oyununda “Qəbələ” “Sabah”ı 5:1 hesabı ilə məğlub edib.

    Ardından mükafatlandırma mərasimi baş tutub. Çempionatda 3-cü yeri tutan “Qarabağ” bürünc, 2-ci pillənin sahibi “Qəbələ” gümüş medallarla təltif olunub. Çempion “Sabah”a isə qızıl medallar və kubok təqdim edilib.

    Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Son turda “poker”ə imza ataraq ümumi qol sayını 45-ə çatdıran və bombardirlər yarışında ilk pilləyə yüksələn “Qəbələ”nin futbolçusu Rəvan Əsədov ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. İştirakçı komandalar arasında keçirilmiş sorğuya və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayevin rəyinə əsasən, mövsümün ən yaxşı oyunçusu isə “Qarabağ”ın üzvü Hikmət Cəbrayılzadə seçilib. O, ötən mövsüm U-17 Liqasında da ən yaxşı futbolçu seçilmişdi.

    Mükafatlandırma mərasimində AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov iştirak edib.

    Ən maraqlısı budur ki, çempionata iyunun 4 və 5-də keçiriləcək matçlarla yekun vurulacaq. Mükafatçılar bu matçın nəticəsindən asılı olmayaraq, dəyişməyəcək. Ancaq "Qarabağ"ın hücumçusu Davud Mənsumov iyunun 5-də "Zirə"yə 17 qol vura bilsə, bombardirlər cədvəlində lider olacaq. Sual doğur: belə olan halda "Qəbələ"nin futbolçusu Rəvan Əsədovdan həmin mükafat geri alınacaq?

    Посмотреть эту публикацию в Instagram

    Публикация от Qarabağ Futbol Akademiyası (@fkqarabagh__academy)

    Futbol

    Almaniya Bakıdakı dünya çempionatını boykot etdi, Ukrayna alqışladı

    19.09.2026 11:48:21
    Akademiya

    Təxirə salınmış oyunda darmadağın: "Neftçi"nin rəqibi bilindi

    17.09.2026 23:43:10
    Akademiya

    Millimizin Bakıdakı dünya çempionatında rəqibləri məlum oldu

    17.09.2026 22:15:10
    Akademiya

    "Sumqayıt"ın futbolçusu hakimi söydü, sərt cəzalandı

    17.09.2026 17:15:40
    Akademiya

    Futbol millimiz Bakıda Moldovaya yenə uduzdu

    16.09.2026 12:22:09
    Futbol

    "Qarabağ"dan darmadağın, "Neftçi"dən 3 qollu qələbə

    16.09.2026 00:07:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved