Türkiyədə təşkil edilən “Rize Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.
Prosport.Az xəbər verir ki, “Sabah”ın U-12 komandası növbəti oyunlarını keçirib. Komanda Gürcüstanın “Dinamo” (Batumi) və Türkiyənin “Samsunspor” klubları ilə heç-heçə edib (0:0), “Fənərbağça" (1:2) və “Gənclərbirliyi”nə (0:2) isə məğlub olub.
Qeyd edək ki, "Sabah" daha öncə “Rizəspor” (1:2), “Başakşəhər” (1:0) və “Qaziantep”lə (3:1) qarşılaşmışdı. Emin Salmanovun baş məşqçisi olduğu komanda turniri 8 xalla 6-cı pillədə başa vurub.
