12 yaşa qədər oğlanlar (U-12) arasında basketbol liqasının final və 3-cü yer uğrunda oyunları baş tutub.
Prosport.Az xəbər verir ki, Bakı İdman Sarayında keçirilmiş 3-cülük matçında NTD və "Naxçıvan" komandaları üz-üzə gəlib. Rəqibinə 47:40 hesabı ilə qalib gələn Bakı klubu liqanın ən güclü 3-cü komandası olub.
Final oyununda "Sumqayıt" "Sabah"la qarşılaşıb. Görüşün əvvələrindən üstünlüyü ələ keçirən paytaxt təmsilçisi yekunda rəqibinə 73:56 hesabı ilə qalib gələrək U-12 basketbol liqasının çempionu olub.
Finalın ən dəyərli basketbolçusu (MVP) "Sabah"dan Emil Mürşüdzadə seçilib. Çempionlara kubok və medalları Azərbaycan milli komandasının baş məşqçisi Tahir Baxşıyev və onun köməkçisi Anar Sarıyev təqdim edib.
Qeyd edək ki, “Sabah”ın əsas komandası da Azərbaycan Basketbol Liqasının qalibi olub.
