Bakıda 3x3 basketbolu üzrə Dünya Kubokuna vəsiqə qazanan son 6 komanda müəyyənləşib.
Prosport.Az-ın xəbərinə görə, kişilərdə Monteneqro, Kanada, Böyük Britaniya, qadınlarda isə Braziliya, Latviya və Çili bu hüquqa yiyələnib.
Beləliklə, 23-29 iyunda Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək Dünya Kubokunda həm kişilərdə, həm də qadınlarda 20 komandanın adına aydınlıq gəlib.
Qeyd edək ki, Azərbaycanın kişi və qadın milliləri də Dünya Kubokunun seçmə mərhələsində yarışsa da, qrup mərhələsini adlaya bilməyib.
