12 yaşa qədər oğlanlar arasında U-12 basketbol liqasının yarımfinal oyunları baş tutub.
Prosport.Az xəbər verir ki, Bakı İdman Sarayında keçirilmiş günün ilk oyununda "Sabah" və NTD komandaları üz-üzə gəlib.
"Sabah" rəqibinə 42:39 hesabı ilə qalib gələrək ilk finalçı olub. Günün 2-ci oyununda "Sumqayıt" "Naxçıvan"la oyunda geridönüş edərək 50:49 hesablı qələbəyə sevinib və adını finala yazdırıb.
Yarımfinal oyunlarında qeydə alınmış hesablara əsasən "Sabah" və "Sumqayıt" final, "Naxçıvan" və NTD isə 3-cü yer uğrunda oyunlarda iştirak edəcək.
Qeyd edək ki, U-12 basketbol liqasında final və 3-cü yer uğrundakı oyunlar 28 may tarixində baş tutacaq. Hər iki oyun Bakı İdman Sarayında baş tutacaq. 3-cü yer görüşü 14:00-da, final matçı 16:00-da başlayacaq.
