Azərbaycanın yeniyetmə oğlan və qız basketbolçulardan ibarət U-16 və U-18 milliləri Avropa çemiponatının hazırlıqlarına start veriblər.
Prosport.Az xəbər verir ki, oğlanlardan ibarət U-18 millisinə Anar Sarıyev rəbərlik edir. Onun köməkçisi isə Polad Həsənovdur. Qızlardan ibarət U-18 millisi isə Evren Alkayanın rəhbərliyi altında hazırlaşır. Onun köməkçisi Aygün Eynullayevadır.
16 yaşadək oğlanlardan ibarət yığma Erhan Toker və köməkçiləri Anar Hacıyev və Rüstəm Əliyevin rəhbərliyi altında hazırlıqlara start verib. 16 yaşadək qızlardan ibarət yığma isə yeni təyin olunmuş baş məşqçi Ferhat Akcan və onun köməkçisi Aygün Eynullayevanın rəhbərliyi altında hazırlıq keçəcək.

