Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Dünya çempionatından medallarla qayıtmaq istəyirik" – Millimizin məşqçisi
    20.05.2025 17:40:46

    Qadın güləşi üzrə U-17 milli komandamıı böyük məşqçisi Həsrət Məmmədyarov federasiyanın rəsmi saytına müsahibə verib. Prosport.Az həmin müsahibəni təqdim edir:

    – İlk dəfə Astarada keçirilən qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi haqqında təəssüratlarınız necədir?

    – Sözsüz, bu yarışın gələcəkdə idmançılarımıza çox böyük xeyri dəyə bilər. Əvvəllər ordan-burdan 1-2 qız tapırdıq. Amma indi güləşlə məşğul olan qızların sayı çoxdur. Bu sayın mütəmadi olaraq artması və uşaqların inkişafı biz məşqçilərdən asılıdır.

    – Ölkə birinciliyindən sonra Türkiyədə hər il keçirilən “Zəfər kuboku” turnirində iştirak etdiniz. Ancaq medal olmadı…

    – Türkiyədə keçirilən yarış haqqında onu deyə bilərəm ki, mən ora ölkə birinciliyinin qaliblərini aparmışdım. Astarada 40 kq-da yarış olmamışdı. Bu çəkidə yeganə idmançımız olan Günel Quliyevanı apardım, yoxladım. Ən çox ümid bəslədiyimiz güləşçilər Nəzrin Əhmədli, Esra Məmmədli və Fatimə Bayramova idi. Onların üçü də zədəliydi. Yarışda sınadım ki, görüm ayyarımdan sonra Avropa çempionatında necə güləşəcəklər. Normal qiymətləndirə bilərəm. Bəziləri öz kateqoriyasında yox, bir çəki yuxarı güləşdi. İlk dəfə beynəlxalq yarışa çıxan qızlarımız da oldu. Təcrübə qazanmaları üçün bu turnirdə iştirak çox vacib idi. Etiraf edək ki, bəzi çəkilərdə rəqiblərlə müqayisədə zəifik. Fikrimcə, ölkədə qız güləşçilərin sayı artdıqca keyfiyyət də artacaq.

    – İyunda keçiriləcək U-17 və U-15 Avropa çempionatlarına hazırlıq necə gedir?

    – Federasiya rəhbərliyinə təşəkkür edirəm ki, yüksək səviyyədə hazırlıq keçmək üçün hər cür şərait yaradılıb. Hazırda Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındayıq. Gözəl məşqlərimiz keçir. Gündə 3 məşqimiz olur. Qadın güləşi üzrə koordinator Mariya Stadnik də bizimlədir. Demək olar ki, o da bizim bir məşqçimizdir. Hər şeydə kömək edir, məsləhət verir, birgə işləyirik. Əhval-ruhiyyəmiz də əladır. Belə toplanışlar çox olarsa, əminəm ki, gələcəkdə qadın güləşində çox böyük irəliləyiş olacaq.

    – Avropa çempionatında hansı nəticəyə ümid edirsiniz?

    -İndi böyüklər və gənclərdən ibarət komandamız Qubada hazırlıq prosesi keçir. Məşqçilər korpusu olaraq bir araya gəlib, AÇ üçün yekun heyəti müəyyənləşdirəcəyik. Vətənə medallarla qayıtmaq istəyirik. Bəzi güclü güləşçilərimizin U-20 yaş qrupuna keçməsi heyətimizi bir qədər zəiflətdi. Ötənilki heyətdən 2-3 nəfər qalıb. Onlara yeni simalar qoşulub. İnanıram ki, gələcəkdə əvvəlkindən də güclü uğurlara nail ola bilərik.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved