Basketbol üzrə Azərbaycan millisinə yeni təyinat gerçəkləşib.
Prosport.Az xəbər verir ki, "Abşeron" basketbol klubunun baş məşqçisi Ərhan Tokər yığmamızda çalışacaq.
Azərbaycanın oğlanlardan ibarət U-16 millisi türkiyəli mütəxəssisə həvalə olunub. O, yığmada da baş məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Ərhan Tokərin U-16 milli ilə ilk sınağı Avropa çempionatının C divizionu olacaq. İyulun 5-13-də Albaniyada keçiriləcək yarışda komanda B qrupunda San Marino, Andorra, Lüksemburq və Cəbəllüttariqlə mübarizə aparacaq.
