"Sabah" ardıcıl 3-cü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub.
Prosport.Az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan final seriyasının 6-cı oyununda "Neftçi"yə 83:78 hesabı ilə qalib gələn "bayquşlar" qızıl medallara sahib çıxıb.
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev, icraçı vitse-prezidenti Fərrux Mahmudov, ABF Rəyasət Heyətinin üzvləri – Bakı Dövlət Universiteti Himayəçilər Şurasının üzvü Bəxtiyar Aslanbəyli və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev idmançıları təltif edib.
Mövsümün MVP-si "Sabah"ın amerikalı oyunçusu Hassani Qravett seçilib.
Qeyd edək ki, Rimas Kurtinaytisin rəhərlik etdiyi kollektiv həlledici seriyada 4-cü qələbəni (4:2) əldə etməklə çempionluq sevinci yaşayıb.

.jpeg)









