Azərbaycan Basketbol Liqasının final seriyasında 5-ci oyun baş tutub.
Prosport.Az xəbər verir ki, "Sabah" "Neftçi"ni 107:89 hesabı ilə üstələyib.
Komanda bu nəticə ilə seriyada önə keçib – 3:2.
Qeyd edək ki, 6-cı matç mayın 14-də təşkil olunacaq. "Sabah" qalib gəlsə, ardıcıl 3-cü dəfə ölkə çempionu adını qazanacaq. "Neftçi" qələbə çalacağı halda, həlledici – 7-ci görüş keçiriləcək.
