Azərbaycan Basketbol Liqasında "Neftçi" və "Sabah" arasında final seriyasının 4-cü oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan matçda "ağ-qaralar" 84:66 hesablı qələbə qazanıb.
Bununla da ümumi seriyada hesab bərabərləşib – 2:2. Daha əvvəl tərəflər arasında reallaşan 3 qarşılaşmadan ilk 2-də "Sabah", 1-də isə "Neftçi" qalib gəlmişdi.
Tərəflər arasında 5-ci oyun mayın 11-nə təsadüf edəcək. Bu matç saat 17:00-da start götürəcək.
Qeyd edək ki, final seriyasında 4 qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq. Bu isə o deməkdir ki, Basketbol Federasiyası 6-cı matç üçün də təqvimdə yeni gün təyin edəcək.
