Azərbaycan güləşinə itki üz verib.
Prosport.Az xəbər verir ki, yunan-Roma güləşi məktəbinin yetirməsi, 1956-cı ildə Göygöl rayonunda anadan olmuş Viktor Avdışev vəfat edib.
O, 69 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.
Viktor Avdışev gənclər arasında Avropa çempionu (1976), böyüklər arasında dünya çempionatının ikiqat (1978, 1983), Avropa çempionatının (1983) bürünc medalçısı, SSRİ çempionu (1978) və SSRİ xalqları Spartakiadasının qalibi (1979) olub.