Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Sanki özüm-özümü yenidən kəşf etdim" - "Ordu"nun basketbolçusu
    1.05.2025 16:47:15

    “Ordu”nun basketbolçusu Rüstəm Əliyev klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az xəbər verir ki, komandasının kapitanı cari mövsümdəki çıxışını dəyərləndirib, gələcək planlarından danışıb.

    - Cari mövsüm komanda üçün necə keçdi?

    - Aşağı büdcə ilə pley-offda iştirak etmək hər komandaya nəsib olmur. Biz məhz aşağı büdcə, hətta oyunçu qıtlığı ilə əzmkar mübarizə apararaq pley-offa vəsiqə qazandıq. Bundan əlavə, final mərhələsinin ilk matçında “Neftçi” ilə başabaş oynadıq. Heyətdə yerli oyunçu problemi vardı. Bundan başqa, legionerlər də çox deyildi ki, rotasiya edə bilək. Misal üçün, əsas oyun qurucumuz Ramme Qriffin zədə alanda onu əvəzləmək çətin olurdu. Ehtiyat qüvvəmiz zəif olduğu üçün belə vəziyyətlərdə çətinlik çəkirdik. Tam əminəm ki, rotasiyada problemlər olmasaydı, daha artığını edə bilərdik. İstənilən halda, hesab edirəm ki, “Ordu” artıq bir komanda kimi formalaşıb.

    - Liqadakı oyununuz haqqında nə deyə bilərsiniz?

    - İki il “Sabah”da oynamışam. Onların məqsədləri tam fərqlidir və bu səbəbdən heyətə düşmək çox çətindir. Ona görə də özünü göstərmək üçün imkan çox az idi. “Ordu”da isə əsas oyunçulardan biri hesab olunuram. Məşqçi bir çox hallarda oyunu mənim üzərimdə qururdu. Bu amil inkişaf etməyimdə ciddi rol oynadı. Sanki özüm-özümü yenidən kəşf etdim. Buna görə də Alberto Blankoya təşəkkürümü bildirirəm. O, mənə hansı mövqelərdə daha çox xeyir verməyi öyrətdi. İndi özümə çox inanıram. Zədələr məni xeyli geri salsa da, artıq indidən fiziki çalışmalara başlamışam ki, növbəti mövsüm üçün tam hazır vəziyyətdə olum.

    - Karyeranızı harada davam etdirəcəksiniz “Ordu”da qalacaqsanız, yoxsa başqa təkliflər var?

    - Sözün düzü, “Ordu”da qalmaq barədə hələ təklif almamışam. Əgər təklif olsa, danışacağıq. Təbii ki, hər şey klubun büdcəsindən və məqsədlərindən asılı olacaq. İndidən nəsə demək çətindir. İnanıram ki, həm klub, həm də mənim üçün xeyirli olan baş verər.

    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Basketbol

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Basketbol

    Azərbaycan Basketbol Liqası: Açılışı son çempion edəcək

    17.09.2026 16:42:30
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    17.09.2026 15:13:44
    Basketbol

    Gəncə klubunun "Sportinq"lə oyununun vaxtı bilindi – TƏQVİM

    17.09.2026 09:37:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved