Azərbaycanın 16 və 18 yaşadək qızlardan ibarət basketbol milliləri Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışının ilk mərhələsinə start veriblər.
Prosport.Az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komandalar taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcəklər.
Hazırlıq prosesinə mayın 9-da yekun vurulacaq.
Qeyd edək ki, təlim-məşq prosesinin ilk mərhələsində əsas məqsəd iyul və avqust aylarında baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaqdır.