Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Sabah"la oyunda ən yaxşı nəticəni göstərməyə çalışacağıq" - "Neftçi"nin məşqçisi
    30.04.2025 16:40:50

     

    "Neftçi" Azərbaycan Basketbol Liqasının yarımfinal seriyasının ikinci matçında "Abşeron"a 81:72 hesabı ilə qalib gələrək, finalda "Sabah"ın rəqibi olub.

    Prosport.Az xəbər verir ki, oyundan sonra hər iki komandanın məşqçisi görüşlə bağlı fikirlərini bölüşüb.

    Daviti Çivçivadze ("Neftçi"): "Artıq finaldayıq. "Sabah"la oyuna hazırlaşıb ən yaxşı nəticəni göstərməyə çalışacağıq. "Öncə komandamı gözəl oyuna və layiqli qələbəyə görə təbrik edirəm. Deyim ki, bizim üçün çox çətin oyun idi. Rəqib komanda hər iki qarşılaşmada öz gücünü göstərdi. Bunun səbəbi isə o idi ki, onlar çox sayda oyun keçirmişdilər. Bizim isə müntəzəm mövsümdən sonra cəmi 4 oyunumuz olmuşdu. Görüşə yavaş və ağır tempdə başladıq. İkinci hissədə səhvlərimizi müzakirə etdik və müəyyən dəyişikliklərə əl atdıq. Fasilədən sonra bizim oyunumuz başladı və matçı idarə edən tərəf olduq. Hücumda və müdafiədə ribaundları idarə etdik. Basketbolçularım rəqibin zəif nöqtələrini və öz oyunlarını tapdılar. Belədə hücumu gücləndirdik. 24 assist etdik və bu çox yaxşı nəticə idi".

    Erhan Toker ("Abşeron"): "İlk oyundakı məğlubiyyətdən sonra işimiz çətinləşmişdi. Buna qədər də biz mərhələləri 3 oyundan sonra adlaya bilmişdik. Bu da öz növbəsində ardıcıl istirahətsiz oyunlar deməkdir. İmkanımız olsaydı, bəzi basketbolçulara istirahət verərək oynadardım, amma elə bir şansımız yox idi. Rəqib isə bizdən daha gümrah idi. Onlar bizdən daha az oyun keçirmişdilər. Sadəcə müqayisə aparsaq, digər komandalarda mövsüm ərzində daha təcrübəli yerli oyunçular oynadı. Bizim gənclərimiz də gələcəyin dəyərli oyunçuları olacaq. Onlara və bütün komanda üzvlərimə çox böyük təşəkkür edirəm. Basketbolçularım məğlub olduğumuz heç bir oyunda mübarizəsiz təslim olmayıb. Elə "Neftçi" ilə matçlar da daxil olmaqla qazanmaq üçün hər şeyi etdik. Mövsüm ərzində fəlsəfəmiz də bu idi. Nəticədən asılı olmayaraq, əlimizdən gələnin ən yaxşısını etmək".

    Qeyd edək ki, final seriyasına mayın 2-də start veriləcək.

    Top oyunları

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Top oyunları

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Basketbol

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Top oyunları

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Basketbol

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved