Basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Bakı mərhələsində iştirak edəcək bütün qonaq komandalar bəlli olub.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin də qatılacağı turnirə 14 komanda gələcək.
Qonaqlardan 12-si yığma, 2-si klubdur. Niderland, İtaliya, Tailand, Çili, Filippin, Qazaxıstan, Misir, Madaqaskar, Rumıniya, Çin, Avstriya və Latviya milliləri Bakıda meydana çıxacaq. Çexiyanın “Praqa” və İtaliyanın “Roma” klubları da iştirakçılar arasında yer alıb.
Ümumilikdə yarışa 16 komanda qatılacaq. Sonuncu iştirakçı ölkəmiz tərəfindən dəvət ediləcək klub olacaq. O, "vayld kard" əsasında turnirə dəvət ediləcək.
Qeyd edək ki, Bakı mərhələsi mayın 26-27-də keçiriləcək.