Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    Gəncə klubunun baş məşqçisi istefa verir? - Azarkeşlərdən halallıq istədi
    23.04.2025 13:42:31

    "Gəncə" basketbol klubunun baş məşqçisi Halil Atlı azarkeşlərdən halallıq istəyib.

    Prosport.Az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin üçüncü matçında "Şəki"yə məğlub olaraq mübarizəni dayandırmalarına münasibət bildirib.

    O, komandanın azarkeşlərinə təşəkkür edib: “Hər şeydən əvvəl mövsum ərzində bizə dəstək verən azarkeşlərə təşəkkür edirəm. Onları sevindirməyə çalışdıq. Mən bura gələndə basketbola küskün olan Gəncə var idi. Bu çempionatda gördüyümüz işlərlə insanların sevgisini təkrar qazanan komanda gördüm. Öz adıma deyə bilərəm ki, qurduğum komandaya görə çox xoşbəxtəm. Oyunçularıma xarakterlərinə və verdikləri mübarizəyə görə minnətdaram. Mənə problem yaşatmadılar. Texniki heyətə, köməkçimə, menecerimizə, həkimə və bizə yardımçı olan hər kəsə təşəkkürümü bildirirəm".

    Türkiyəli mütəxəssis əlindən gələni etdiyini vurğulayıb: "Bu mövsüm “Gəncə” üçün yaxşı işlər görmək istərdik. Arxaya dönüb baxanda kubokda final oynayan, pley-offa vəsiqə qazanan bir kollektiv qurmağı bacardığımızı görürəm. Bura gələndə ilk hədəfimiz yenidən pley-offlarda oynamaq idi. Bu istəyimizə çatdıq. Bütün azarkeşlərdən halallıq istəyirəm. Məşqçi kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. "Sıxıntıları necə dəf edə, yaxşı gördüyümüz işləri necə daha da inkişaf etdirə bilərik" deyə düşündük. Federasiya rəhbərliyinə də təşəkkür edirəm, bizə fəaliyyətimiz üçün yaxşı imkanlar yaratdılar”.

    Qeyd edək ki, pley-off mərhələsində "Şəki" ilə üç oyun keçirən "Gəncə" ümumi hesabda məğlub olub - 1:2.

    Top oyunları

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Top oyunları

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Top oyunları

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Basketbol

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Basketbol

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Basketbol

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved