Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Mikayıl Cabbarov güləşçilərlə görüşdü, prezidentin təbriklərini çatdırdı
    17.04.2025 13:42:50

    Güləş üzrə Avropa çempionatında yüksək nəticələr əldə etmiş milli komandalarımızın üzvləri, məşqçilər və Azərbaycan Güləş Federasiyasının nümayəndələri ilə görüş keçirilib.

    Prosport.Az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, İcraiyyə komitəsinin üzvləri Namiq Abdullayev və Fərid Mansurov, yunan-Roma güləşi üzrə baş məşqçi Aleksandr Tarakanov, sərbəst güləş üzrə baş məşqçi Xetaq Qazyumov, qadın güləşi üzrə baş məşqçi əvəzi Toğrul Əsgərov, federasiyanın qadın güləşi üzrə koordinatoru Mariya Stadnik və milli komandaların bir neçə üzvü qazanılan uğurlar barədə təəssüratlarını bölüşərək yeni yarışlara hazırlıq planları haqda məlumat veriblər. Bildirilib ki, dövlət rəhbərliyi səviyyəsində güləşin inkişafına hərtərəfli dəstək göstərilir. Bu ildən etibarən müxtəlif yaş kateqoriyaları üzrə ölkə çempionatları bölgələrdə təşkil olunur, Bakıda və regionlarda güləş zallarının intensiv şəkildə yenidən qurulması və inventarla təminatı həyata keçirilir. Bu isə güləşə kütləvi marağın artmasına təkan verir.

    Görüşdə Azərbaycan Güləş Federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhtəşəm qələbə münasibətilə güləşçilərə təbriklərini çatdırıb, uğurların davamlı olmasını arzulayıb. Vurğulanıb ki, dövlət başçısının diqqət və qayğısı ilə ölkəmizdə idmanın inkişafına hərtərəfli şərait yaradılıb. Bu isə idmançılarımıza, o cümlədən, güləşçilərə yüksək nəticələrə nail olmağa böyük stimul verir. Sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımızın Avropa çempionu olması Azərbaycan güləşinin dünya səviyyəsində yüksək mövqeyini bir daha təsdiq edir. Qeyd olunub ki, ölkədə güləşin populyarlığı və bu idman növü ilə məşğul olanların sayı ildən-ilə artır, milli komandalarımızda daha çox istedadlı gəncin təmsil olunmasına imkan yaranır. Müxtəlif yaş qrupları üzrə Avropa və dünya çempionatlarında qazandığımız uğurlar milli komandaların güclü və geniştərkibli bazaya sahib olduğunu göstərir.

    Xatırladaq ki, Slovakiyada keçirilmiş güləş üzrə Avropa çempionatında idmançılarımız 4 qızıl, 2 gümüş, 7 bürünc medal qazanaraq, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında birinci yeri tutublar.

    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Güləş

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47
    Müsahibə

    “Növbəti hədəfim dünya çempionu olmaqdır” - Camal Feyziyev

    2.09.2026 18:51:59
    Döyüş növləri

    Azərbaycan idmançılarının reytinqi: Lider dəyişmədi

    1.09.2026 17:13:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Formula 1"in tanınmış pilotu Bakıda cərimələnə bilər

    15.09.2026 15:12:32

    "Yeni Ulduz"un mükafatçısı idman səfiri seçildi

    15.09.2026 14:42:07

    "Araz-Naxçıvan" millinin bazasına çevrilir - Məşqçi açıqladı

    15.09.2026 14:16:19

    "Kəpəz" azarkeşlərinə görə xərcə düşdü

    15.09.2026 13:40:42

    "Zirə" hücumçusunu icarəyə verdi

    15.09.2026 13:15:11

    Azərbaycandan ayrılıb, II Liqa klubuna keçdi

    15.09.2026 12:45:47

    "Sabah" "Qarabağ"ın göstəricisini təkrarladı

    15.09.2026 12:13:15

    "Sabah"a 3 qol vuran futbolçu əsas komandada

    15.09.2026 11:42:34

    Pərdəni azərbaycanlı futbolçu açdı, komandası böyükhesablı qələbə qazandı

    15.09.2026 11:14:11

    Nigeriyalı futbolçu Azərbaycana niyə gəlib?

    15.09.2026 10:50:33

    Millimizin üzvü oynadı, komandası darmadağın oldu

    15.09.2026 10:26:47

    "Qarabağ"ın legioneri Ukrayna millisinə çağırıla bilər

    15.09.2026 10:00:38

    "Zirə" və "Sabah"dan darmadağın, "Qəbələ" uduzdu

    14.09.2026 23:45:35

    "Mənim üçün Mançester və ya Sumqayıtda oynamağın heç bir fərqi yoxdur" – Timoteuş Puxaç

    14.09.2026 23:20:57

    Azərbaycan çempionatında 8:1 hesablı qələbə

    14.09.2026 22:56:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved