Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    Azərbaycan Kubokunun qalibi avrokuboklarda iştirak edəcəkmi?
    17.04.2025 11:47:44

    "Abşeron" Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin 3-cü oyununda NTD-yə 81:74 hesabı ilə qalib gəlib.

    Prosport.Az xəbər verir ki, matçdan sonra hər iki komandanın baş məşqçisi nəticəni şərh edib.

    Ərhan Tokər ("Abşeron"): "Komandam oyuna yaxşı köklənmişdi. Gözəl oyun nümayiş etdirdik. Həm müdafiə, həm də hücumda yaxşı təsir bağışladıq. Gedişatda bəzi çatışmazlıqlar oldu, amma dediyim kimi, konsentrasiyanı itirmədik. 3-cü periodun əvvəlində 10 xallıq fərq yaratmışdıq. Daha sonra rəqib bizə çatmağa çalışdı və fərqi azaltdı. Sonradan toparlanıb yenidən fərq yaratdıq və o nöqtədə oyun qırıldı. Komandanı təbrik edirəm. Rəqibimizə də gözəl oyunlara görə təşəkkür edirəm. Bizim üçün 1/4 finala yüksəlmək gözəl nəticə oldu. Orada da əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Keçirdiyimiz hər artıq oyun bizi yüksək yerlərə daşıdığı qədər, oyunçularımızın oyun praktikasına da çox yaxşı təsir edir. Xüsusilə yerli gənc oyunçularımızın. Bir daha komandamı təbrik edirəm. Bu oyundan sonra çox qısa istirahət olacaq və yola davam edəcəyik".

    Tahir Baxşıyev (NTD): "Belə bir oyundan sonra danışmaq çətindir. Fikirləşirdik ki, hər şey başqa cür olacaq. Amma necə oldu, elə də oldu. Bu idmandır. Ola bilsin ki, biz sadəcə emosional baxımdan tükəndik. Hər kəs uğur qazanmaq istəyirdi. Xüsusilə ölkə kubokundakı qələbədən sonra. İstək çox böyük idi. Bu komandanın potensialı daha yüksəkdir. Amma istədiyimizi göstərə bilmədik. "Abşeron"u təbrik edirəm və onlara daha da irəliləməyi arzulayıram. Yenə də, bu idmandır. Burada həm qələbələr, həm də məğlubiyyətlər olur. Biz ölkə kubokunu qazandıq. Amma çempionatda mövsüm uğursuz alındı. Mövsümə gənc oyunçularla başladıq. Sonra komandaya daha təcrübəli oyunçular qoşuldu. Onlar ölkə kubokundakı qələbəmizə əhəmiyyətli töhfə verdilər. “Abşeron”a qarşı oyunlarda isə aparıcı oyunçuların yorğunluğu və zədələr sözünü dedi. Amma biz bəhanə axtarmırıq.

    Kubokun sahibi olaraq NTD avrokuboklarda iştirak edəcəkmi? Bu barədə hələ düşünməmişik. Bizim üçün mövsüm başa çatıb. Onu analiz etmək lazımdır. Sonra gələcək planlar barədə düşünəcəyik".

    Top oyunları

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Top oyunları

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Top oyunları

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Basketbol

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Top oyunları

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved