Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Sumqayıt"ın baş məşqçisi hakimləri günahlandırdı
    17.04.2025 11:15:07

    "Sərhədçi" Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin 3-cü oyununda "Sərhədçi"yə 96:94 hesabı ilə qalib gəlib.

    Prosport.Az xəbər verir ki, hər iki komandanın baş məşqkisi matçla bağlı fikirlərini bölüşüb.

    Evren Alkaya ("Sərhədçi"): "Çox çətin matç oldu. Bu cür pley-in oyunlarında favorit olmur. Kim daha çox istəyirsə, kim daha yaxşı hazırlaşırsa, yaxşı müdafiə olunursa, oyunçuların səviyyəsinə baxmadan o qazanır. “Sumqayıt”ı təbrik edirəm, layiqli mübarizə apara bildilər. Müntəzəm mövsümün ikinci dönəmində necə çətin komanda olduqlarını göstərmişdilər. Birinci oyunda yaxşı hesabla qalib gəlmişdik və bunun nəticəsi olaraq öz meydanımızdakı qarşılaşmaya rahat çıxdıq. Üçüncü - həlledici oyunun əhəmiyyətini bilirdik və oyunçularım tam hazır idi. Hər iki oyunu səfərdə udmağımız bizim motivasiyamızı göstərir. Yaxşı müdafiə olunmağa çalışdıq. Buna baxmayaraq, rəqib yenə 90 xalı keçdi. Amma biz yalnız bu cür oyunla qazana bilərdik. Komandamız layiqli qələbə qazandı. Oyunçularım qalibiyyəti haqq etdi. Hər kəs bilir ki, bu cür oyunlarda son 2-3 dəqiqədə oynayan komanda qalibiyyət əldə edir. Bundan sonra da komandamızı yuxarı yerlərə daşımağa çalışacağıq. Hər kəs bilsin ki, “Sərhədçi” yaxşı təşkilatlanmış komandadır. Bir-birimizə bağlı olan kollektivik. Bunu da göstərməyə çalışacağıq. “Sumqayıt”a da növbəti mövsümdə uğurlar arzu edirəm”.

    Vadim Kuramşın ("Sumqayıt"): "Təəssüf ki, pley-off mərhələsinə yüksələ bilmədik. Çox üzücü məğlubiyyət oldu. Oyunun sonlarında yersiz top itkilərinə yol verdik. Amma ən böyük səhvləri hakimlər etdi.  Belə vacib oyunda son saniyələrdə folu görmədilər. Oyun overtayma getməli idi. Orada hər şeyə aydınlıq gələcəkdi. İstənilən halda, komandama əla mübarizəyə görə təşəkkür edirəm. Digər komandalarla müqayisədə limit probleminə görə xeyli çətinliklərlə üzləşdik. Mövsümü bizimlə bir yerdə bitirən 4 legionerimiz sona qədər qəhrəmancasına mübarizə apardı. Hər oyun istirahətsiz və zədələrlə 40 dəqiqə oynadılar. Yaxşı statistika ilə də yadda qaldılar. Komandam bu mövsüm parlaq və baxımlı basketbol oynayan kollektiv kimi yadda qalacaq. Çox yaxşı mübarizə apardıq. Mənə mövsümün gedişində etimad göstərdiyinə görə rəhbərliyə təşəkkür edirəm. Əlimdən gələni etdim ki, komandam gözəl basketbol oynasın. Məncə, bunu bacardıq!"

    Basketbol

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Basketbol

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Top oyunları

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Basketbol

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved