Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Problem zədələrdədir" – Tahir Baxşıyev
    15.04.2025 09:02:10

    Azərbaycan Basketbol Liqasının 1/8 final (pley-in) mərhələsinin cavab oyununda NTD "Abşeron"a 67:63 qalib gəlməklə, ümumi hesabı bərabərləşdirib.

    Prosport.Az hər iki komandanın baş məşqçisinin fikirlərini təqdim edir:

    Ərhan Tokər ("Abşeron"): "İlk oyunda olduğu kimi, yaxşı müdafiə olunaraq oyuna start verə bilmədik. Bununla yanaşı, hucum ribaundlarında da rəqibə uduzurduq. Rəqibimiz də o amildən yaxşı istifadə etdi. Özlərində güvən yarandı. Sonradan oyunu bərabərləşdirib önə keçsək də, matçı nəzarətdə saxlaya bilmədik. Bəzi oyunçuların üzərinə yük çox düşdü. Onları əvəz edə bilmədik. Ümumi olaraq deyə bilərəm ki, bəzi dəqiqələrdə yaxşı, digər qisimdə isə pis oynadıq. Bundan əlavə, çoxlu sayda sadə atış qaçırdıq. Psixoloji təzyiq bizim üzərimizdə olmamasına rəğmən, matçın kritik anlarında səbət altında şanslardan yararlana bilmədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".

    Tahir Baxşıyev (NTD): "Biz ilk oyunda açıq-aşkar zəif oynadıq. Toparlanmaq çətin idi. Cavab oyununa qədər cəmi 1 məşqimiz olmuşdu. İlk oyunu təhlil etdik. 2-ci oyunda nə edəcəyimizi məşq etdik. Bu matçda daha yaxşı oynadıq. Bərabər səviyyəli oyun oldu. Heç bir komanda oyunun gedişində hesabda böyük fərq yarada bilmədi. Bu qələbə psixoloji baxımdan bizə kömək edəcək. Amma qarşıda ən vacib – 3-cü oyun var. Bu oyun pley-offa kimin çıxacağını müəyyən edəcək. Mən deməzdim ki, Kubok oyunlarından sonra yorğunluq bizə mane olur. Problem zədələrdədir. Hər iki oyunu Tayri Boykin buraxdı. Detrek Brauninqə 40 dəqiqəni oynamaq lazım gəldi. Əkbər Məmmədov da zədə ilə oynayır. Amma mən komandama inanıram. Onlar nə etməli olduqlarını və nəyin uğrunda mübarizə apardıqlarını bilir. Biz sona qədər mübarizə aparacağıq".

    Basketbol

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: "Heyətdə bir neçə legioner də çıxış edəcək"

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Basketbol

    Azərbaycan Basketbol Liqası: Açılışı son çempion edəcək

    17.09.2026 16:42:30
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    17.09.2026 15:13:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: "Heyətdə bir neçə legioner də çıxış edəcək"

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved