Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    Türkiyəli məşqçi "Sumqayıt"ı sistemsiz oynamaqda günahlandırdı
    15.04.2025 12:45:46

    "Sumqayıt" Azərbaycan Basketbol Liqasının 1/8 final (pley-in) mərhələsinin Bakıda keçirilən cavab oyununda "Sərhədçi"yə 100:97 qalib gəlib.

    Prosport.Az hər iki komandanın baş məşqçisinin fikirlərini təqdim edir:

    Vadim Kuramşın ("Sumqayıt"): "Komandamızın bütün üzvlərinə təşəkkür edirəm. Bu gün maksimum dərəcədə mükəmməl oynadıq. Sumqayıtda keçirilən ilk oyunu yaxşı təhlil etmişdik. Son bir neçə ayda sərgilədiyimiz oyunu bu gün təkrar etdik. Komanda oyunu və doğru taktika öz bəhrəsini verdi.  Bu gün "Sumqayıt" layiqli qələbə qazandı. Həlledici matçda işimiz çətin olacaq. "Sərhədçi"nin 8 legioneri var, bizim 4. 40 dəqiqə əvəzetməsiz oynamaq çətindir,  yorğunluq öz sözünü deyir. Amma yenə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Sumqayıt" bu mövsüm oynadığı bütün rəqibləri ən azı 1 dəfə məğlub edib. Çalışacağıq ki "Sərhədçi"dən 2-ci dəfə üstün olaq".

    Evrən Alkaya ("Sərhədçi"): "Əvvəl dediyim kimi, “Sumqayıt” maraqlı komandadır. 3 amerikalı basketbolçusunun 3-ü də “3-lük”lərdə çox yaxşıdır. Topu atmağı bacarırlar və bunu sistemsiz də atırlar. İstədiyiniz formada müdafiə olunarkən belə, “3-lük”də dəqiq oynayırlar. Ötən oyun da 3 xal çox atdılar. Yenə eyni faizdə “3-lük” atdılar. Biz də çox müdafiə səhvləri etdik. Ribaundları onlara verdik. Ötən oyundakı rahat qalibiyyət bu məğlubiyyətin səbəbi oldu. Pis oynamadıq və 97 xal atdıq. Bu, ciddi rəqəmdir. Amma müdafiədə daha diqqətli olmalıyıq. Çox az “3-lük” atdıq. Etdiyimiz səhvlər bizə baha başa gəldi. Oyunçularla matçdan sonra bunu danışdıq. Amma rəqib fərqli komandadır. Heç bir sistem yoxdur, sadəcə xal atırlar. Boşluqlar tapıb “3-lük”lər atırlar. Əlimizdən gələni edib pley-offa qalmaq istəyirik. Səhvlərimizi anlayıb onları aradan qaldıracağıq”.

    Qeyd edək ki, tərəflər arasında həlledici – 3-cü matç aprelin 16-da Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.

    Basketbol

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Top oyunları

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Basketbol

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Top oyunları

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Basketbol

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved