Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Overtayma yorğun çıxdıq" – "Quba"nın baş məşqçisi
    12.04.2025 11:07:37

    "Ordu" Azərbaycan Basketbol Liqasında (ABL) pley-in mərhələsinin ilk oyununda “Quba”ya 91:83 hesabı ilə qalib gəlib.

    Prosport.Az xəbər verir ki, matçdan sonra hər iki komandanın baş məşqçisi nəticəni şərh edib:

    Alberto Blanko ("Ordu"): "Bu bir pley-in qarşılaşması idi. Bu oyunlar müntəzəm çempionat matçlarından fərqli olur. İlk növbədə öz komandamı təbrik edirəm. Oyuna çox yaxşı başladıq.  "Quba" komandası daha çox zona müdafiəsindən istifadə edib səhvlərimizdən yararlanmağa çalışdı. Onlar eyni zamanda ribaundlar sayəsində xal qazanmağa da cəhd edirdi. Bəzən bunu bacarırdılar. Buna baxmayaraq, oyun tempini əlimizdə saxlayıb sona qədər mübarizə apardıq. Overtaymda da uğurlu çıxış etdik. İlk oyunda qalib gəlmişik deyə cavab matçında da rəqibdən üstün olacağıq kimi bir qanun yoxdur. Cavab oyunu da ağır keçəcək. Gücümüzü bir yerə qoyub mərhələ adlamaq istəyirik".

    Şəhriyar Əsgərov ("Quba"): "Bərabərsəviyyəli oyun getdi. Levan Qoqaladze və Zaur Paşayevin olmamasına görə məcburiyyətdən oyun sistemini dəyişdik. Rəqib tərəfdən kəskin müdafiə var idi. Şansımız çox deyildi. Oyunçularımız pis oynamadı. Belə matçlarda gərək oyunun taleyini əsas vaxtda həll edəsən. Overtayma yorğun çıxdıq. Oyunun təsirindən çıxa bilməmişik. Amma qarşıdakı matça nikbin baxıram. Çalışacağıq ki, qalib gələk. Əlimizdən gələnin hamısını etdik. Oyunçulardan narazılığım da yoxdur. Hamısı yaxşı oynadı. Liderin yoxluğunda özümüzü yaxşı göstərdik. 2-ci matçda qalib gəlməyə çalışacağıq".

    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Top oyunları

    Azərbaycan çempionunun "Sportinq"lə oyunlarının hakimləri bilindi

    17.09.2026 19:31:08
    Basketbol

    Azərbaycan Basketbol Liqası: Açılışı son çempion edəcək

    17.09.2026 16:42:30
    Basketbol

    Naxçıvan təmsilçisindən yeni transfer

    17.09.2026 15:13:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved