Azərbaycanın 3x3 basketbol komandaları Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziadada çıxışını başa vurub.
Prosport.Az xəbər verir ki, təmsilçilərimiz yarışla 1/4 final mərhələsində vidalaşıb.
Tatyana Deniskinanın baş məşqçisi olduğu qızlardan ibarət komandamız yarımfinala gedən yolda Çinlə qarşılaşıb. Basketbolçularımız asiyalılara 7:21 hesabı ilə uduzub.
Zaur Paşayevin baş məşqçisi olduğu oğlan millimiz günə qələbə ilə başlayıb. Komandamız 1/8 finalda Kosta Rikanı 16:15 hesabı ilə məğlub etsə də, ardınca Çili ilə bacarmayıb – 9:14.
Qeyd edək ki, qız və oğlanlarda çempion Çin olub. Bu ölkənin komandaları müvafiq olaraq Rumıniyanı 21:4 və Braziliyanı 21:8 hesabı ilə məğlub edib.