Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Avropa çempionatı: 3 güləşçimiz finalın 1 addımlığında uduzdu – YENİLƏNİB
    7.04.2025 21:47:31

    Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına start verilib.

    Prosport.Az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kq-da finalçılar müəyyənləşib.

    Mübarizəyə 1/4 finaldan qoşulan İslam Bazarqanov (57 kq) ötən il Avropa 2-cisi olmuş türkiyəli Muhammet Karavuş üzərində inamlı qələbə qazanıb – 8:1. Bazarqanov yarımfinalda rusiyalı Avropa ikincisi Naçın Monquşa 0:5 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək. Rəqib İvaylo Tisov (Bolqarıstan) – Manvel Xndzrtsyan (Ermənistan) görüşünün qalibi olacaq.

    Əli Rəhimzadə (65 kq) əvvəlcə Dağıstan əsilli belçikalı Ayub Musayevə şans tanımayıb – 7:2. Həmyerlimiz 1/4 finalda isə almaniyalı Niko Meqerleyə tam üstünlüklə (10:0) qalib gəlib. Rəhimzadə yarımfinalda çeçen əsilli Fransa güləşçisi Həmzət Arsamerzoyevə minimal fərqlə (3:4) uduzub. Əli bürünc medal uğrunda Stefan Koman (Rumıniya) – Andrey Svirid (Ukrayna) görüşünün qalibiylə güləşəcək.

    Kənan Heybətov (70 kq) ilk mərhələdə avstriyalı Benedikt Huberi vaxtından əvvəl məğlub edib – 10:0. Güləşçimiz 1/4 finalda bolqarıstanlı Mihail Georgiyevdən güclü olub – 4:1. Heybətov yarımfinalda rusiyalı dünya çempionu David Bayevə 0:3 hesabıyla məğlub olub. Kənan 3-cü yer uğrunda ya İsmayıl Musukayev (Macarıstan), ya da Viktor Voynoviç (Serbiya) ilə mübarizə aparacaq.

    Orxan Abasov (79 kq) təsnifat mərhələsində Dağıstan əsilli fransalı Zəlimxan Hacıyevə 5:9 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Orxan sabah təsəlliverici görüşdə Slovakiyanı təmsil edən Axsarbəy Qulayevlə qarşılaşacaq.

    Əbubəkr Abakarov (97 kq) ukraynalı Vasil Sovaya “tuş”la (9:5) qalib gəlsə də, 1/4 finalda macarıstanlı Rixard Veqə 2:5 hesabıyla məğlub olub.

    16:08

    Azərbaycanın 3 sərbəst güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

    Prosport.Az xəbər verir ki, İslam Bazarqanov (54 kq) 1/4 finalda türkiyəli Muhammet Karavuşa, Əli Rəhimzadə (65 kq) almaniyalı Niko Meqerleyə, Kənan Heybətov (70 kq) isə bolqarıstanlı Mihail Georgiyevə qalib gəlib.

    Onlar yarımfinal mərhələsində müvafiq olaraq, Naçın Monquş (UWW), Həmzət Arsamerzoyev (Fransa) və David Bayevlə (UWW) üz-üzə gələcək.

    Bu gün mübarizəyə qoşulan Azərbaycanın digər sərbəst güləşçiləri Orxan Abasov (79 kq) təsnifat, Əbubəkr Abakarov (97 kq) isə 1/4 finalda rəqiblərinə uduzub.

    Qeyd edək ki, Avropa çempionatı aprelin 13-dək davam edəcək.

    Boks

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19
    Boks

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    Taekvondo

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04
    Döyüş növləri

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Avropa çempionatı: Daha 2 boksçumuz mərhələ adladı

    19.09.2026 10:51:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved