Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Sərbəst güləşçilərimiz Gimnaziadaya 10 medalla başladı – YENİLƏNİB
    6.04.2025 18:21:48

    Serbiyada keçirilən U-15 Gimnaziadanın ilk yarış günündə sərbəst güləş üzrə Azərbaycan millisi 10 medal qazanıb.

    Prosport.Az xəbər verir ki, komandamızın heyətində Elman İsmayılov (38 kq) finalda Marko Kvasnyuku (Ukrayna) məğlub edərək çempion tituluna yiyələnib. Bu, millimizin Gimnaziadada ilk qızıl medalı olub.

    İbrahim Həsənov (44 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Hüseyn Teymurikoşardan (İran) güclü olub.

    Hüseyn Rzazadə (41 kq) həlledici görüşdə Arşia Məhəmmədiyə (İran), Fərid Hüseynli (52 kq) Əhməd Reza Sələrvəndiana (İran) və Məhəmməd Həsənli (62 kq) Məhəmməd Mehdizadəvalukolayiyə (İran) məğlub olduqlarından, gümüş medalla kifayətlənib.

    Bürünc medal uğrunda görüşdə isə Tamerlan Namazlı (48 kq) Nurtas Bissenbaya (Qazaxıstan), Elcan Həsənov (57 kq) İvan Ulriçə (ABŞ), Xəyal Şükürlü (68 kq) Şahen Martirosyana (Ermənistan), Elvin Nəcəfzadə (75 kq) Patrik Zolda (Rumıniya), Tural Eynullayev (85 kq) isə Bakit Əlibəyə (Qazaxıstan) qalib gəlib.

    Beləliklə, 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanan sərbəst güləş üzrə yığmamız komanda hesabında 2-ci olub.

    Qeyd edək ki, Azərbaycan millisinin Gimnaziadada medal sayı 11-ə yüksəlib. Komandamızın heyətində daha öncə sablyaçımız Gəray Məmmədli 3-cü yeri tutub.

    16:21

    Serbiyada keçirilən U-15 Gimnaziadanın ilk yarış gününə Azərbaycan güləşçiləri uğurlu start verib.

    Prosport.Az xəbər verir ki, Serbiyanın Luçani şəhərində keçirilən güləş yarışlarına 10 çəki dərəcəsində qatılan sərbəst güləş üzrə Azərbaycan millisinin hər bir idmançısı medal şansını davam etdirir.

    Məşqçilər Namiq Quliyev və Elşad Allahverdiyevin rəhbərliyi altında Gimnaziadada mübarizə aparan komandanın heyətində Elman İsmayılov (38 kq), Hüseyn Rzazadə (41 kq), İbrahim Həsənov (44 kq), Fərid Hüseynli (52 kq) və Məhəmməd Həsənli (62 kq) finala vəsiqə qazanıb.

    Tamerlan Namazlı (48 kq), Elcan Həsənov (57 kq), Xəyal Şükürlü (68 kq), Elvin Nəcəfzadə (75 kq) və Tural Eynullayev (85 kq) isə bürünc medal uğrunda güləşəcək.

    Həlledici görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

    Qeyd edək ki, Azərbaycan millisi hələlik 1 bürünc medal qazanıb. Bu, qılıncoynatmada Gəray Məmmədlinin aktivindədir.

    Güləş

    Güləş yığmamız Gürcüstanda çempion oldu

    20.11.2026 14:15:26
    Güləş

    Hacı Əliyev uşaqlara bələdçilik etdi - FOTOLAR

    19.11.2026 14:17:56
    Özəl xəbər

    Azərbaycan güləşçiləri Ermənistana gedəcək – EKSKLÜZİV

    18.11.2026 09:02:08
    Güləş

    Bakıdakı dünya çempionatının proqramı açıqlandı

    17.11.2026 19:22:55
    Güləş

    Baş katib ABŞ-yə niyə getmişdi? – FOTOLAR

    16.11.2026 16:47:23
    Güləş

    Azərbaycan Güləş Federasiyasında növbəti iclas

    16.11.2026 16:16:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved