Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm çempionatın son turunda daha bir oyun baş tutub.
Prosport.Az xəbər verir ki, bu gün XX turda A qrupunun lideri "Sabah" 2-ci pillədəki "Naxçıvan"la qarşılaşıb.
Ötən mövsümün son finalçılarının görüşündən "Sabah" qalib ayrılıb – 111:89.
Qrupda ilk "3-lük"də olmaqla pley-offa vəsiqə qazanmış "Sabah" 36 xal, "Naxçıvan" 32 xal toplayıb.
