Azərbaycan Basketbol Liqasında XX tur davam edir.
Prosport.Az xəbər verir ki, bu gün A qrupunda son turun iki görüşü keçirilib.
Hər iki matç eyni saatda başlayıb. Autsayderlər “Sərhədçi” ilə NTD 5-ci yer uğrunda duelə çıxıb. Oyun "Sərhədçi"nin 103:77 hesablı qələbəsi ilə başa çatıb.
Turnir cədvəlindəki mövqeləri dəqiqləşən “Abşeron"la “Neftçi" formal oyunda üz-üzə gəlib. "Ağ-qaralar" oyuna yaxşı start veriblər. Sonadək üstünlüyü qoryan "Neftçi" 8 xal fərqi ilə qalib gəlib - 85:77.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.