Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) ilk yoxlama görüşünü keçirib.
Prosport.Az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərindən qolları Qudaç (49), Yastoçkin (65) və Titov (86) vurub.
Qeyd edək ki, komandalar martın 26-da 2-ci yoxlama matçında üz-üzə gələcək.
