Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi (U-17) Avropa çempionatının II seçmə mərhələsinin ilk oyununda Albaniyaya məğlub olub.
Prosport.Az xəbər verir ki, B Liqasının VI qrupunda yer alan yığmamız meydan sahibi olan rəqibinə 1:4 hesabı ilə uduzub.
Matç Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunub.
Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək. U-17 yığmamızın növbəti oyunu martın 22-də Uels millisinə qarşı olacaq.
